adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Avqust 2018 16:53
5543
MƏMLƏKƏT
A- A+

960 ASAN könüllüsü işlə təmin olunub

ASAN Könüllülük Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.

"ASAN xidmət”-dən Adalet.az-a verilən xəbərə görə, bu məqsədlə yaradılan "ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər. Bu günə kimi portal vasitəsi ilə 1031 müəssisə qeydiyyatdan keçib.

ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.