adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Avqust 2018 16:48
6933
İDMAN
A- A+

ÇL-də ikinci təsnifat mərhələsinə yekun vurulur

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

Adalet.az-ın məlumatına görə, ikinci oyun günündə 9 qarşılaşma keçiriləcək.

Azərbaycanlı futbolsevərlərin diqqəti "Qarabağ” - "Kukesi” oyununa yönələcək. İlk matçda səfərdə qolsuz bərabərliyə razılaşan çempionumuz istənilən hesablı qələbə sayəsində mərhələ adlayacaq.

Ağdam klubu üçüncü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, HİK - BATE cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasında da ilk görüşdə qol vurulmayıb.

Çempionlar Liqası

2-citəsnifat mərhələsinin cavab oyunları

1 avqust

20:00. HİK (Helsinki) - BATE (Belarus)
İlk oyun - 0:0

21:00. "Mityulland" (Danimarka) - "Astana" (Qazaxıstan)
İlk oyun - 1:2

21:00. "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya)
İlk oyun - 0:0

21:15. "Malmö" (İsveç) - "ÇFR Kluj" (Rumıniya)
İlk oyun - 1:0

21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:3

22:00. "Bazel" (İsveçrə) - PAOK (Yunanıstan)
İlk oyun - 1:2

22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 0:0

22:30. "Şturm" (Avstriya) - "Ayaks" (Hollandiya)
İlk oyun - 0:2

23:00. "Rusenburq" (Norveç) - "Seltik" (Şotlandiya)
İlk oyun - 1:3

31 iyul

"Hapoel” (Beer-Şeva, İsrail)- "Dinamo” (Zaqreb, Xorvatiya) 2:2
İlk oyun - 0:5

"Şerif” (Moldova)- "Şkendiya” (Makedoniya) 0:0
İlk oyun- 0:1

"Spartak” (Trnava, Slovakiya) -"Legiya” (Varşava, Polşa)0:1
İlk oyun – 2:0