adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Avqust 2018 10:07
18503
GÜNDƏM
A- A+

METROPOLİTENİN RƏİSİNİN MAAŞINI ZAUR HÜSEYNOV ALIR

Metroda qiymətlər 50 faiz qalxdı. Açıqlama verirlər ki, bir sərnişinin daşınmasına 47 qəpik xərcləyirik. Yəni indiki artımla 17 qəpik çox. Qısası, metro dövlət dotasiyası ilə işləyir. Nə deyirik, dövlətə də qurban olaq, onun metrosuna da.

Amma hörmətli Zaur Hüseynova bir sualımız var. Uzun illərdi Cəlil Məmmədquluzadə küçəsi (mikrorayona gedən yol) bağlanıb ki, burda metro tikilir. O tikinti başlayanda mən uşaq idim, indi ali məktəbə imtahan vermişəm, babat da bal toplamışam , amma həmin tikinti öldüyü yerdə də qalıb.

Cavab verə bilərmisiniz ki, heç olmasa 2025-ci ilədək o küçə açılacaqmı?

Sual çətin oldusa saa Allah, bağışlayın.