adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2018 16:08
13145
ELM VƏ TƏHSİL
A- A+

İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən Adalet.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahanın nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İştirakı gözlənilən 898 abituriyentdən 31-i imtahana gəlməyib.