adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ADAM KİŞİ OLAR - Faiq QİSMƏTOĞLU

FAİQ QİSMƏTOĞLU
43167 | 2018-08-01 12:51

… Bu sözləri biz tez-tezeşidə bilərik. Və bəzən də deyirlər ki, əşi, indi kişi var? Mənim həyat yoldaşımınbir rus rəfiqəsi vardı – Lyudmila. O deyirdi ki, hər əyninə şalvar geyinənə kişidemək olmaz. Yadıma «Kişi sözü» filmindəki Qasım (Əməkdar artist Əjdər Həmidov)düşür. İstədiyi qızın atası ona deyir ki, get, ali məkəbi oxu gəl, qızı sənə verəcəm!Qasım da ali məktəbi oxuyub gəlir, qız onu bəyənmir başqası ilə sevişir. Qasım dagörür ki, qızın atası sözünün yiyəsi deyil, onu aldadır və o da filmin axırına qədərqızın atası ilə məzələnir. Düz də eləyir...

Kişi sözünün heç də TarifŞurasına dəxli yoxdu. Onlar qiyməti qaldırıblar, yaxşı da eləyiblər. Metropoliteninsözçüsü deyir ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Bax, buna biz sevinməliyikki, nə yaxşı metroda gediş haqqını 50 qəpiyə qaldırmayıblar, nə yaxşı avtobuslardagediş qiyməti 30 qəpik olub. Guya 50 qəpik olsaydı, yaxud da 40 qəpik müəyyənləşdirilsəydinə olacaqdı? Heç nə olmayacaqdı. Mən Tarif Şurasının qiymət artımını alqışlayıram.Ancaq mən də elə-belə oğlan deyiləm. Tarif Şurasının acığına səhər-səhər Yeni Günəşlidənmetronun «Xalqlar dostluğu» stansiyasına kimi piyada gəlmişəm, «Elmlər Akademiyası»ndanda «Azərbaycan» nəşriyyatına öz ayaqlarımla gəlib çıxmışam. Beləliklə, əvvəllər40 qəpik verirdimsə, bu gün onlar məndən 60 qəpik gözələsələr də bir qəpik də pulumçıxmayıb. Qoy indi qalsınlar qiyməti artıranlar yana-yana. Məsləhət bilirəm ki,siz də mənim kimi eləyəsiniz. Həm qabağa düşərsiniz, həm də bu işi görənləri qızardarsınız!..

Adam kişi olar ey! Həm dəkişi də adam olar. Adam kişi deyilsə, kişi də adam olmursa, bu çox ağlamalı birşeydir. Kişiliyi insanlarda axtarmaq heç də duzgun deyil. Elə heyvanlar var ki,bəzi kişilərdən daha mərddir. Məsələn, heyvanlar aləmində bir dişi aslan meymunuparçalayıb yeyir, onun balasına dəymir. Və başqa vəhşi heyvanlardan da onu öz balasıkimi qoruyur, əmizdirir, təhlükəsizliyini təmin edir. Bax, bu asalanın ən böyükmərdliyi və kişiliyidir. İstəyirsiniz məni söyün, istəyirsiniz məni döyün!..

Heç kişilikdirmi ki, yolutəmizləyən halal, zəhmətkeş bir qadını maşınla vurasan, onu al qan içində qoyubqaçasan?! Buna nə ad vermək olar, bax, onu bilmirəm. Son bir ildə Bakı şəhərindəsəhər-səhər avtomobil yollarını süpürgə ilə təmizləyən üç qadını müxtəlif vaxtlardamaşınla vurub qaçıblar. Hansı ki, həmin vaxt sürücü vurduğu qadına kömək etsə, onunhəyatını xilas etmək mümkün olar. Amma Sabunçu rayonunda bir il bundan qabaq süpürgəçinivurub qaçan sürücü ona kömək etmədi, qadını al qanın içində qoyub aradan çıxdı.Sonra onu polislər kamera vasitəsi ilə axtarıbŞəmkirdə gizləndiyini bildilər və tapıb cinayət məsuliyyətinə cəlb etdilər.

O süpürgəçi qadınlar varey, hər gün səhər saat 5-də yuxularına haram qatıb həyatlarını təhlükə altında qoyaraqküçələri, avtomobil yollarını təmizləyirlər. Bəziləri də onlara qul kimi və ən axırıncıinsan kimi baxırlar. Amma çox qələt eləyib, başlarını daşa döyüb onlara o gözləbaxırlar! O qadınlar min dəfə pulu və varlı olan, maşınla o qadınları vuran adamlarınxanımlarından daha ləyaqətli, daha namuslu, daha halal insanlardılar. Düzdür, oqadınların elə arxası yoxdur, imkanları məhduddur. Ancaq bu o demək deyil ki, bucür halal zəhmətlə çörəkpulu qazanan, qışın oğlan çağında şaxtada, yayın istisindəgünün altında yana-yana işləyən o qadınları hansısa harın adam maşınla vurub aradançıxmalıdır. Dedik axı, o halal, zəhmətkeş qadınların var-dövləti yoxdur, amma onlarında Allahı var. Və onların qanı heç vaxt batan deyil.

Bir neçə gün bundan əvvəlisə Yasamal rayon, Mənzil Kommunal Təsərrüfatı Birliyinin yolu süpürən süpürgəçisiTelli Babayevanı hansısa harınlamış sürücü maşınla vurub. Bilmirəm tay, o hadisəyerindən qaçıb-qaçmayıb, amma bir onu bilirəm ki, həmin qadın xəstəxanaya aparılsada, həyatını həkimlər xilas edə bilməyib.

Heç cürə anlamaq olmur.Sanki bəzi sürücülər nə Allahdan qorxur, nə də qanundan. Piyadanı vurub aradan çıxırlar.Amma onu fikirləşmirlər ki, indi Bakı şəhərinin bütün avtomobil yollarında kameralarquraşdırılıb. Və nə yaxşı ki, quraşdırılıb. Onu quraşdıranların Allah ölənlərinərəhmət eləsin! Çünki bu cür harınlamış sürücülər süpürgəçini və eləcə də digər piyadanıvurub qaçarkən izi itirə bilmirlər. Kamera görüntüsü ilə onu gec-tez tapmaq mümkünolur.

Və bir də dəfələrlə həm hüquq-mühafizə orqanlarının məsulşəxsləri, həm də «Ədalət» qəzeti olaraq biz bildirmişik ki, sürücü piyadanı vurarsavə ona kömək edərsə, qanunla onun cəzası yüngül ola bilər. Ancaq piyadanı vurubaradan çıxmağa görə, onun barəsində iki maddəilə cinayət işi qaldırılır. Birincisi, yol-nəqliyyat hadisəsi olduğu üçün, ikincisidə piyadanı vurub hadisə yerindən qaçdığına görə. Bu cür cinayətlər baş verəndəhəmin sürücü beş-altı il həbs cəzasına məhkum edilir. Əgər sürücü vurduğu piyadayavaxtında yardım göstərirsə və zərərçəkmişin adamları da ondan şikayətçi deyilsə,həmin şəxs islah işlərlə cəzalandırılır. Yəni ona el dilində demiş olsaq, yüngülcəza verilir.

Yazımızın əvvəlində qeyd elədik ki, adam kişi olar,kişi də adam! Ona görə də kimlərsə bu hadisələri təkrarən görərlərsə, bax, dediyimizbu məsələni yaddan çıxarmasınlar. Və heç kəs yol-nəqliyyat hadisəsindən sığortalanmayıb.Ancaq adam kişi olanda, kişi də adam olanda bu hadisə zamanı hər şey mərdi-mərdanə öz həllini tapır. Düşünməklazımdır ki, günahlı və günahsız bir piyadanı maşınla vurmusansa, ona kömək eləməkhər bir şəxsin öncə insanlıq, sonra da kişilik borcudur. Gərək biz kişilik borcunuheç vaxt yaddan çıxarmayaq. Çünki kişilikborcunu yaddan çıxarmağımıza görə, başım

TƏQVİM / ARXİV