Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Aslan İsmayılova hökm oxundu - 1 il 6 ay Adalet.az | Aslan İsmayılova hökm oxundu - 1 il 6 ay Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Aslan İsmayılova hökm oxundu - 1 il 6 ay

17266    |   2018-07-31 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış iş adamı, "Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə ittiham və müdafiə tərəfinə müraciət edib. İttiham tərəfinin narazılığı olmasa da, təqsirləndirilən şəxs A.İsmayılov buna etirazını bildirib. Hakim buna məhəl qoymayaraq, məhkəmə istintaqının yekunlaşdığını elan edib. Bundan sonra məhkəmə çıxışları üçün tərəflərə söz verilib. Bu zaman əvvəlki proseslərdə olduğu kimi yenə də gərginlik yaşanıb. M.Həsənli bir daha A.Ismayılovun məhkəmə zalında həbs edilməsi barədə məhkəmədən hökm çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs çıxışı zamanı şəxsinə qarşı ünvanlanan ittihamları qəbul etməyib. Hakim ona son söz üçün çıxış etməsini istəsə də, A.İsmayılov bundan imtina edərək, məhkəmə çıxışı zamanı fikirlərini ifadə etdiyini bildirib. Bundan sonra məhkəmə müşavirəyə yollanıb. Yarım saat davam edən müşavirədən qayıdan hakim qərarı elan edib. A.Ismayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edr.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.



İmza:musavat.com
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK