adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Iyul 2018 14:58
9066
MƏMLƏKƏT
A- A+

Metroda köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil

Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil.

 "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarların kondisionerlə təchiz edilməsi həmin qatarların konstruksiyasında nəzərdə tutulmayıb:

"Bu yalnız yeni alınan qatarlarda mümkündür. Yeni qatarların alınması mərhələli davam edir. Qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılır. Praktik olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil. Yeni vaqonların alınması iki halda mümkün ola bilər.

Birincisi köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yenilərlə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir.

İkinci halda yeni stansiyalar istismara verildikcə, tələbata uyğun olaraq yeni qatarlar da alınacaq. Yəni yeni vaqonların hazırlanması sifariş əsasında olur".