adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Iyul 2018 14:55
8751
GÜNDƏM
A- A+

Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir – RƏSMİ

"Bakı Metropoliteni” avqustun 1-dən etibarən sərnişindaşımanı yeni tariflərlə həyata keçirəcək".

Bunu jurnalistlərə açıqlamasında mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, metropolitendə sonuncu tarif dəyişikliyinin 2011-ci ilin dekabrın 1-də baş verdiyini xatırladıb:

"Həmin il noyabrın 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. O vaxtdan etibarən heç bir tarif dəyişikliyi qeydə alınmayıb”.

B.Məmmədov tarif dəyişikliyinin zəruri səbəblərini də açıqlayıb:

"Metropoliten bu məsələlərdə hər zaman şəffaflıq nümayiş etdirir, maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Bizdə 1 sərnişinin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta tarif dəyişikliyindən sonra da 17 qəpiklik fərq yaranır”.

O qeyd edib ki, istismar xərclərinə metro tikintisi, stansiyaların, tunellərin tikintisi, xətlərin inşası, qatarların alınması, əsaslı təmiri, mövcud stansiyaların yenidən qurulması və s. daxil deyil.

B.Məmmədov bildirib ki, postsovet məkanı ilə müqayisədə bizdə qiymətlər yenə də aşağıdır:

"Bu yaxınlarda Kiyevdə qiymətlər qaldırılıb və hazırkı kursla 41-50 qəpik arasında dəyişir. Minskdə gediş haqqı manatla 55 qəpikdir, Daşkənddə 37 qəpikdir. Rusiyanın özündə metrodakı gediş haqları bizdən qat-qat bahadır”.