adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Iyul 2018 14:11
7389
HADİSƏ
A- A+

FHN yanğın yerinə 2 helikopter göndərdi

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir. Əlavə məlumat veriləcək.