adalet.az header logo
  • Bakı 20°C
31 Iyul 2018 10:42
7906
MƏMLƏKƏT
A- A+

Bakının bəzi yerlərində su olmayacaq

Bu gün ərzində Bakı şəhəri, Xətai rayonunun Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Adalet.az-a verilən xəbərə görə, bu, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.