adalet.az header logo
  • Bakı 19°C

LALƏ HƏSƏNOVANIN ƏDƏBİ PARADİQMALARI

9563 | 2018-07-31 09:34
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Cavan nasirlərin roman janrına xüsusi maraq göstərməsi XXI yüzilliyin başlanğıcında bir qədər təəccüğlü qarşılansa da, hər halda, bunu zamanın ədəbiyyata diqtəsi kimi qəbul etməliyik. L.Həsənova bu xüsusda bir fikir söyləməsə də, biz belə düşünürük ki, cavan nasirlər keçən əsrin 90-cı illərdəki roman böhranına son qoyman niyyətindədirlər.
İkinci amil isə dünya ədəbiyyatında baş verən proseslərlə bağlıdır, romana xüsusi meyl əksər xalqların ədəbiyyatında da müşahidə olunur, özü də belə bir cəhəti qeyd edək ki, indiki romanlar xeyli dərəcədə "miniatür" forma alıb və çox zaman romanla povestin sərhəddini müəyyənləşdirmək çətin olur. Elə cavanların qələmə aldıqları əksər romanlar haqqında da bunu söyləmək olar. Ancaq Lalə Həsənova bu haqda da heç bir fikir söyləmir, sadəcə, gənclərin romanlarında nəzərə çarpan yeniliklərdən və yeri gəldikcə qüsurlardane söz açır. Deyir ki,Sahilənin "Çevriliş" romanında ənənəvi ailə modelinin iflası əsas mövzudur, hadisələr metaforik dillə nəql olunur, belə ki, personaj əsərdə verilən şeir parçaları ilə öz həyatı arasında paralellər axtarır. Əsərdə əsas qüsur ayrı-ayrı hekayətlərin, hissələrin bir ideya ətirafvında bütövləşə bilməməsidir- L.Həsənovanın bu fikri ilə tam razıyıq. Vüsal Nurunun "Doğanaq" romannda "zamanla eksperimentlər, alternativ tarix konsepsiyası, Əshabi-kəfin tarixini fərqli rakursdan göstərməyə cəhd diqqəti cəlb edir. İdeya isə bundan ibarətdir: " Müəllif dinin insanları böir-birinə qarşı qoyduğunu göstərir, alternaiv olaraq "var olan hər şey diridir" prinsipini irəli sürür".
Daha sonra L.Həsənova qeyd edir ki, mövhumatın inkarı fəlsəfi əsaslandırmanı tələb etsə də, təəssüf ki, müəllif mövzunu fəlsəfi aspektdə həll edə bilməmişdir. Doğrudur.
Lalə Həsənovanın ədəbi gəncliyin nəsr yaradıcılığı ilə bağlı müşahidələri tənqidi fikrin haqlı olan fikir və mülahizələrini əks etdirir, xüsusilə, cavanların postmodernist eksperimentlərə yer verməsi nəzərdən qaçmır, həm də bununla yanaşı, onların yaradıcılığında (söhbət gənc nasirlərdən gedirsə) yaradıcılıq təcrübəsinin azlığı, psixoloji-mənəvi təsvirin zəıifliyi də qeyd edilir.
Lalə Həsənova nəsr tənqidçisidir,-desəm, səhv etmərəm. Onun müasir Azərbaycan nəsri ilə bağlı yazıları ("2010-cu ilin nəsri", "2011-ci ilin nəsri", "2012-ci ilin nəsri", "Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategimyası" - Anarın "Göz muncuğü" povesti əsasında- "Müasir Azərbaycan nəsrində qotik roman- Vüsal Nuruünun "Prezidentin qızı" romanı əsasında- həmçinin İlqar Əfəhminin, Zahid Sarıtorpağın, Mübariz Örənin nəsr əsərləri ilə bağlı məqalələri, "Müasir nəsrdə "Qarabağ mövzusu" yazısı, bədii-sənədli nəsrimizin müxtəlif nümunələri ilə bağlı düşüyncələri belə bir fikri sübut edir ki, Lalə xanım poeziya ilə müqayisədə nəsri daha mükəmməl təhlil edə bilir.O, dünya ədəbiyyatna, xüsusilə, rus və Qərb roman sənətiniə yaxşı bələddir, elə bizim nəsr əsərlərindən söz açanda da müqayisəli təhlil üsuluna müraciət edir. Nəsr tənqidçisi üçün ən başlıca cəhət fikrimizcə, tənqidçinin hər hansı nasir və onun əsəri barədə obyektiv fikir, rəy formalaşdırmasıdır.
Bunu ən çox görkəmli nəsr tənqidçiçi Akif Hüseynlinin yazılarında müşahidə etmişik.Onun hələ yetmişinci illərin sonlarında-səksəninci illərin əvvəllərində müasir nəsrimiz haqqında yazdığı silsilə məqalələrində və icmallarında nəsrimiz tənqid güzgüsündə bütün şəffaflığı ilə əks olunmuşdu.
Əlbəttə, Lalə Həsənovanın nəsr tənqidçisi kimi Akif müəllimdən öyrənə biləcəyi çox şeylər var. Xüsusilə, sənətkarlıq məsələləri ilə bağlı məqamları, incələmələrigAmma Lalə Həsənovanıntəhlillərində də obyektiv həqiqətlə səsləşən fikirlər, mülahizələr az deyil. Bir nümünəyə müraciət edək. L.Həsənova istedadlı nasir Mübariz Cəfərlinin romanları haqqında maraqlı, həm də obyektiv mülahizələri ilə həmrəy olduğumuzu bildiririk: "Mübariz Cəfərlinin əsərləri klassik Azərbaycan roman ənənələrinə yaxınlığından daha çox Qərb ədəbiyyatı, müasir türk romanlarının poetikasına yaxınlığı ilə seçilir.
Onun yaradıcılığı əsasən "modernist eksperimentlər" kimi qiymətləndirilir. Bu romanlar müasir həyatımızın mənəvi durumu haqqında, cismani deyil, daxili-ruhi aləmimizdə baş verən aşınma, tənəzzül barədə simvolik-metaforik obrazlar vasitəsilə məlumat verir. "Bənna" romanında fabula metaforik məna daşıyır, əsərpin əsas ideyası simvollarla ifadə olunmuş "ikinci plan"da əks olunur". Doğrudan da, Mübariz Cəfərli-artıq beş romanın və neçə povestin müəllifi bütün digər romançılardan tamam fərqli bir üslubda yazır. Bəzən əsərlərinin ideya-kompozisiya quruluşunun mürəkkəbliyi, bəzən də müəyyən bir ideyanı əsas götürüb, bu ideyanı simollarla ifadə etmək, "roman içində roman" qurmaq prinsipi, hətta mistikaya üz tutmaq o dərəcəyə çatır ki, "əsərdə baş verən şadisələri adi məntiqlə dərk etmək olmur". Hərçənd ki, Mübarizin "Bənna" romanında "obrazlarla bağlı bəzən səthilik diqqəti çəkir. Müasirliklə bağlı bəzi məqamların mətnə əlavə edilməsi də "dekorasiya" effekti yaradırgromanda yer alan sərt gerçəkliklə mistik yanaşmanın qarşıdurması əsərin ümumi ahəngini zədələyir"-amma etiraf edək ki, Mübariz Cəfərli müasir Azərbaycan romanınd fərdi və fərqli poetikası ilə seçilir. İnsafən, Lalə Həsənova Mübarizin "Bənna" romanını əsl tənqidçi standartlarpıf səviyyəsində təhlil edir və oxucunu inandırır ki, nəsrimizdə yeni bir üslubi xətt görünməkdədir.
Lalə Həsənovanın İsa Muğannanın "Söz yarası" povesti, Elçin Hüseynbəylinin "Azıx", Etimad Başkeçidin "Min yol mənə söylər", "Seyran Səxavətin "Qaçaqaç" romanları haqqında məqalələri də onun həmin yazıçıların yaradıcılığına yaxşı bələd olduğunu sübut edir . Təbii ki, bu romanlar müxtəlif mövzularda yazıldığı kimi, bir-birindən fərqli üslublarda, gerçəkliyi əks etdirmədə müxtəlifliyi ilə seçilirlər. Əsas odur ki, tənqidçi təhlil etdiyi romanın başlıca ideyasını düzgün müəyyənləşdirsin, romanda həmin ideyanın necə gerçəkləşdiyni izləsin, bu romanın müasir nəsrimizdə bir iz buraxacağını təyin eləsin, müasir insanın obrazı-onun mənəvi təkamül prosesi, daxili-psixorloji aləmi necə işıqlandırılıb sualına cavab versin. Lalə Həsənovanıfn təhlillərində hər halda, bütün bu suallara cavab var...
Nəhayət, Lalə Həsənovanın bir tənqidçi, həm də araşdırıcı kimi ədəbiyyatda (həm müasir rus nəsrində, həm də bizim nəsrdə) Qarabağ mövzusu ilə bağlı məqalələri də ayrıca qeyd olunmalıdır. Xüsusilə, rus nəsrində Qarabağ münaqişəsi ilə bağlı bir çox sənədli və bədii əsərlərin tədqiqata cəlb edilməsi maraqlı faktdır, ancaq təəssüf ki, rus cəmiyyətində olduğu kimi, ədəbiyyatında da obyektiv qiymət ala bilməməsi də nəzərdən qaçmır və L.Həsənova həmin yanlış fikirləri təkzib edir.
Bu yazıda biz gəns tənqidçi Lalə Həsənovanın ilk məqalələr toplusunda cəm olunan yazılarından söz açdıq. Yazımızın əvvəlində də belə bir fikri vurğuladıq ki, Lalə Həsənova artıq müasir tənqidin sıralarındadır. Bu gün "tənqid və tənqidçi yoxdur" deyənlərin səsinin pıçıltıya dönməsi üçün "tənqid var, tənqidçi də var" həqiqətini ortaya qoya bilərik.
Lalə Həsənovaya bəzi iradlarımızı da bildirmək istərdik. Birincisi; arzu edərdik ki, o, müasir nəsrdən söz açarkən daha çox prosesi problemlər üzrə izləsin.Yalnız haqqında söz açdığı əsərləri təhlil etməklə kifayətlənməsin.Məsələn, onun "Hekayələr" məqaləsində (səh. 105-116) onlarla hekayə təhlilə cəlb edilir, hər biri haqqında qaneedici məlumat verilir, amma bu janrın müasir nəsrdə yeri, mövqeyi haqda bircə cümləyə də rast gəlmirik. Həm də bu hekayələrin müəyyən ənənə ilə bağlılığı da nəzərdən qaçırılır. İkincisi: İcmallarda fraqmentçiliyə tez-tez təsadüf olunur. Hansı əsərlərinsə adları çəkilir və həmin əsərlər haqqında danışılmalı ikən susmağı üstün tutür tənqidçi.
Məsələn: "Ötən il, son illər ardıcıl olaraq tavrixi mövzulara müraciət edən S.Rüstəmxanlının "Difai fədailəri" sənədli romanı, Sabir Əhmədlinin "Yazılmayan yazı" avtobioqrafik romanı da çap olunmuşdur" (səh.133). Vəssalam! Sənədli nəsrimiz üçün əhəmiyyətli olan bu iki əsər haqqında "deyilənlər gəldi başa".
Halbuki, elə həmin icmalda ("2010-cu ilin nəsri") hər iki əsər haqqında lap təfərrüatı ilə söz açmaq olardı. Belə fraqmentçiliyə Lələ Həsənovanın digər icmallarında da rast gəlirik. Belə bir həqiqəti nəzərə çarpdıraq ki, icmal yazılarda heç də bütün əsərlərin adlarını çəkmək lazım deyil, yalnız həmin ədəbi ilin xarakterik nümunələrindən danışmaq daha sərfəlidir. Lalə xanım ötən əsrin ədəbi icmallarının klassik nümunələrini yaradan ustad Yaşar Qarayevin icmallarına diqqət yetirsə, çox şey öyrənə bilər.
Əlbəttə, bizdən yaşca xeyli cavan olan bir tənqidçiyə irad mənasında yenə sözümüz ola bilər. Amma Lalə Həsənovanın yolun başlanğıcında tənqidə və irada yox, təşəkkürə və alqışa ehtiyacı var. Uğurlar!

TƏQVİM / ARXİV