adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyul 2018 15:53
5427
MƏMLƏKƏT
A- A+

Avqustda növbəti maqnit qasırğası gözlənilir

Avqustun 20-i Yer kürəsində beş ballıq şkala ilə birinci dərəcəli maqnit qasırğası baş verəcək.

Trend-in məlumatına görə, bununla əlaqədar avqustun 17-i və 21-i Yerin maqnit qatının həyəcanlaşması gözlənilir.

Qeyd olunur ki, birinci dərəcəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sisteminə cüzi təsirlər göstərə bilər.

Xatırladaq ki, iyul ayının 23-də birinci dərəcəli maqnit qasırğası qeydə alınmışdı.

Bundan əvvəl 2018-ci ildə maqnit qasırğaları iyunun 28-i və mayın 6-7-i Yeri əhatə edib. Ən güclü maqnit qasırğası isə aprelin 20-i qeydə alınıb.