adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2018 14:40
28194
ŞOU-BİZNES
A- A+

O QƏDƏR DƏ ERMƏNİYƏ OXŞAMIRDI

Biri qonşu kənddən qız istəyir, bir vurub-tutan da əmisi oğlu varmış. Ona deyir ki, öyrən o qızı almaq olar, yoxsa yox.

Əmisi oğlu öyrənir və deyir ki, o qızı almaq olmaz. Soruşur, niyə? Deyir, kənddə o qızla gəzməyən qalmayıb.

Əmioğlu çıxıb gedir Moskvaya, 7-8 aydan sonra qayıdır ki, bəs, qohumu həmin qızı alıb. Gəlir yapışır yaxasından:

- Ə şərəfsiz, sənə demədim ki, o kənddə onunla gəzməyən qalmayıb?

- Əmioğlu, getdim baxdım ey, elə də böyük kənd deyil.

İndi ölkəni az qala iki yerə bölən o müğənninin şəkillərinə baxdım ey, heylə də çox erməniyə oxşamır.