adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2018 14:25
10611
GÜNDƏM
A- A+

AY BALA, DÜŞ, İŞƏ GECİKİRƏM

Yenə bir nəfər çıxıb «Koroğlu» körpüsünə, deyib ki, intihar edəcəm. Səbəb də onu göstərib ki, arvadı xətrinə dəyib. Nə qədər yalvarıblar xeyiri olmayıb. Polis gəlib, fövqəladə gəlib, deyib düşmərəm ki, düşmərəm. Aeroport yolunda böyük bir tıxac yaranıb. Təxminən saat yarım yol donub. Bağdan şəhərə gələn baş nazir Novruz Məmmədov da tıxaca düşüb. Məsələdən hali olandan sonra intihar etmək istəyən şəxslə telefonla danışıb. Deyib:

- Ay bala, düş aşağı, işə gecikirəm.

O da baş nazirin səsini eşidəndən sonra düşüb və yol da açılıb.