adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2018 13:52
11482
DÜNYA
A- A+

FETOÇUNU GƏTİRMƏK MÜMKÜN OLMADI

Türk kəşfiyyatı Fətulla Gülənin yaxın tərəfdarlarından olan, FETO terror təşkilatının beynəlxalq təhsil şəbəkəsinə rəhbərlik edən Veysəl Aksayı Monqolustandan oğurlamağa cəhd edib. ABŞ-ın nüfuzlu The New York Times qəzetinin yazdığına görə hərbi çevrilişdə iştirak etməkdə təqsirləndirilən V. Aksoy Ulan-Batordakı evinin qarşısında naməlum şəxslər tərəfindən zorla mikroavtobusa basılaraq aeroporta gətirilib. Aksayın həmkarı, monqol-türk məktəbinə rəhbərlik edən monqol fondunun direktoru bildirib ki, yerli polisin məlumatına görə üç maskalı şəxsin saxta nömrə nişanı olan mikroavtobusla onu hava limanına apararaq Türkiyə hərbi hava qüvvələrinə məxsus reaktiv təyyarəyyə oturtmaq istəyiblər. Aksayın oğurlanmasından xəbər tutan yaxınları hava limanına gələrək orda etiraz aksiyası keçirdikdən sonra hadisədən xəbər tutan Monqolustan hökuməti sərt bəyanatla çıxış edib. Nəticədə təyyarə Türkiyəyə Veysəl Aksaysuz qayıtmalı olub.

Adalet.az