adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2018 12:18
12209
KRİMİNAL
A- A+

Evdən 5 min manat oğurluq edən şəxs tutuldu

İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib.

Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.