Bu günBeynəlxaq Dostluq günü imiş. Müasir dünyamızda həqiqi dostluqlar günü-gündənazalır. Hər halda internet dövrü bunu sübut edir. Dostluq – iki insanın bir ürəkdəbirləşməsi, hamının çıxıb gedəndə gəldiyi adamdır. Necə ki, həqiqi sevgi nadir hallarda olur, eləcə də həqiqidost da nadir halda olur.
Yadıma düşür, mənim də uşaqlıq, yeniyetməlik dövrümdəqardaşımdan da yaxın bir dostum olub. Elə dost olmuşuq ki, çörəyimizi,pulumuzu, paltarımızı belə bölüşdüyümüz günlərimiz olub. Elə dost olmuşuq ki,bir yerdə ağlamış, bir yerdə gülmüşük. Üç-dörd yaşımız olanda bir-birimizitanımışıq. Atalarımız oyuncaq alanda mütləq bir-birimizə göstərər, sevincimizibölüşərdik. Ancaq aramızda bir sirr vardı. Dostumun bacısını sevirdim. Bu sudanda duru, təmiz sevgiydi. O qədər təmiz idi ki, qızı görəndə dilim tutulur,cınqırım da çıxmırdı. Qız isə gözləriylə yeyirdi məni. Baxışları odlu-alovluidi. Qorxurdum ki, o alovda yanam. Dostumla həm də sinif yoldaşı idik. Deməkolar ki, günümüz bir yerdə keçirdi. Bir yerdə dərsə gedər, bir partada əyləşər,bir yerdə dərslərimizi oxuyardıq. Dostumu çox görmək istəyim, həm də bacısınaolan sevgim idi.
Yay aylarının qızğın, yandırıcı günlərindəydik. Bəndənizkafedə ofisiant işləyirdi. Bir gün dostum da mənə qoşuldu. İkimiz bir yerdə işləyir,çörəyimizi qazanırdıq. Avqustun axırları idi. Məktəbə az qalırdı. Gecənin birvaxtı işdən çıxmış, yorğun halda evə gedirdik. Dostum başladı məni danlamağa.Bu danlaqlar söyüşə çevrilirdi. Dilini qəfəsə qoymadan sözləri güllə kimisancırdı ürəyimi. Bir dedim, iki dedim, eşitmədi. Hövsələmi yığa bilməyib,dostuma var gücümlə yumruq vurdum. Yerə sərildi. Tez üstünə çıxıb yumruqları ağsifətinə döşədim. Sir-sifəti qan içindəydi. Ağaclıqlardan bir neçə cavan oğlançıxıb bizi ayırdı. Dostum ağlayırdı, üzündən axan qan sel kimi döşəməyə axırdı.Bir an dostumun qarşısnda diz çökmək istədim. İstədim deyim ki, bacını çoxsevirəm, vur mənə. Di gəl qürurum imkan vermədi. Dostum arxasına baxmadanqaranlıq küçədə yoxa çıxdı. Mən ilk dəfə o gün kədərin, qüssənin nə olduğunuhiss etmişdim. O gün bir atım olsaydı, uzaqlara çapardım. Dostumu döyməzdim,gözyaşlarını görməzdim. Gecə yol boş idi. İşıq gələn marketdən bir gilə siqaretaldım. Öskürə-öskürə tüstünü ciyərimə çəkdim. İlk siqaretim idi. Həmin gecəilkləri yaşayırdım. Qorxumdan evə gedə bilmirdim. Çox var-gəl edəndən sonramaraq məni boğdu. Evə yollandım. Qapını açan kimi tualetə girdim.
-Utanmırsan, adam da dostuna əl qaldırar? – atamın xırıltılı səsi qulaqlarımdacingildədi.
- Səni vuran əllər qırılsın... – anamın qarğışları.Atam nə qədər elədi o gecə tualetdən çıxmadım. Demişdim axı bu gecə ilkləriyaşayırdım. Tualetin qoxusunu içimə çəkə-çəkə unitazın üstündə yuxulamışdım. Səhərit iyi gəlirdi üstümdən. Heç kimə görünmədən özümü küçəyə atmışdım.
Sevdiyim qızı düşünürdüm. Görəsən mənə bir də eləalovlu baxacaq. O gündən sevdiyim qız da üz döndərdi məndən. Dostuma vurduğum zərbələrhəm də sevdiyim qıza dəyirmiş. Bundan böyük peşmançlıq yaşadım. İlkpeşmançılığım idi.
Dostu qazanmaq asandır, qorumaq çətin. Atalarsözündə deyildiyi kimi: "Ağac kökləri ilə insan dostları ilə var olar.” Mən dəo gündən dostumu əbədi itirdim. Bir neçə il danışmadıq. Daha sonra sinifyoldaşımız bizi barışdırdı. Ancaq heç bir şey əvvəlki kimi olmadı. Hətta dostumun qabağınaçıxıb bacısını sevdiyimi etiraf etdim. Bir kəlmədə demədi. Sakitcə çıxıb getdi.Bu gediş birdəfəlik gediş idi...