adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Iyul 2018 09:12
8146
HADİSƏ
A- A+

Bakıda intihara cəhd tıxaca səbəb oldu - FOTO

Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

Bu barədə Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, tıxac əsasən Heydər Əliyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir:


"Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-dənModern.az-a verilən məlumata görə, hazırda eyni zamanda aşağıdakı istiqamətlərdə tıxac müşahidə edilir:

1. Aeroport şossesi (Şəhər istiqaməti, Sabunçu körpüsünün yanı)
2.Yusif Səfərov küçəsi (Neftçilər kliniksının qarşısı)
3.Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü)
4.Heydər Əliyev prospekti (Mərkəz istiqaməti)