adalet.az header logo
  • Bakı 18°C
28 Iyul 2018 16:50
6593
HADİSƏ
A- A+

Altıağac Milli parkında YANĞIN- Nazirlik açıqlama verdi

Bu gün günorta saatlarındaSiyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-ninəməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.