adalet.az header logo
  • Bakı 17°C
28 Iyul 2018 11:00
10675
İDMAN
A- A+

Çerçesov Rusiya millisində qaldı – Rəsmi

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov yığmadakı işini davam etdirəcək.

Qol.az-ın Rusiya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssislə müqavilə yenilənib. Onunla 2+2 illik yeni sözləşmə imzalanıb. Baş məşqçinin illik gəlirinin 2,5 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, Rusiya millisi Çerçesovun rəhbərliyi altında DÇ-2018-də 1/4 finala çıxıb. Bu, yığmanın postsovet tarixində ən yaxşı nəticəsidir.