“Lotu Quli”nin adamları saxlanıldı
Ukrayna Milli Polis əməkdaşları Odessada özünü "qanuni oğru" Nadir Salifovun adamları kimi təqdim edən etnik cinayətkar qrupu zərərsizləşdiriblər.
Adalet.az Unikal.org-a istinadən xəbər verir ki, Sadiq Mirzəyevin başçılıq etdiyi etnik cinayətkar dəstə saxlanılıb.
Ukrayna Milli Polisinin generalı Dmitri Qolovin bildirib ki, bu Loti Qulinin adamları kimi özlərini təqdim edən dəstə üzvlərinin ilk cinayəti deyil. Qrup üzvlərini növbəti qanun pozuntusundan sonra saxlamaq mümkün olub. Belə ki, cinayətkar qrupun üzvləri avtomobil qəzasına düşüb. Onlar yol-nəqliyyat hadisəsində iştirak edən Odessa şəhər ictimai təşkilatlardan birinin əməkdaşı olan şəxsi döyüblər. "Duma" nəşrinin məlumatına görə, istintaq-əməliyyat qrupu hadisənin günahkarlarını zərərsizləşdirərərk saxlayıblar. Onların üzərindən qeydiyyatdan keçməyən tapança aşkarlanıb və ekspertizaya göndərilib. Saxlanılan şəxslər əvvəllər rekertlik etməyə və başqa cinayətlərə görə axtarışda olublar.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43