adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2018 17:22
15886
SİYASƏT
A- A+

Rusiya Türkiyə yaxınlaşması regiona nə vəd edir?

Rusiya-Türkiyə əməkdaşlığı genişlənməkdədir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla baş tutan görüşdə bildirib. "İkitərəfli münasibətlərimiz genişlənməkdədir. Bu xüsusən də böhranların nizamlanması sahəsində özünü açıq-aydın göstərir. Mən Suriya böhranını, iqtisadiyyat sahəsini nəzərdə tuturam. İri layihələrimiz plan üzrə reallaşdırılmaqdadır", - deyə V.Putin bildirib. 

Söhbət zamanı liderlər mal dövriyyəsinin artdığını və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıblar. "İkitərəfli əməkdaşlığımız bütün sahələrdə - hərbi, ticarət, mədəniyyət, turizm, bir sözlə, bütün sahələrdə çox sürətlə inkişaf edir", - deyə Ərdoğan qeyd edib. Ərdoğan iki ölkə arasında mal dövriyyəsinin və turist axınının daha da artırılacağına əminliyini bildirib: "Əminəm ki, cari ildə Türkiyəyə 6 milyonadək rusiyalı turist gələcək".

"Ərdoğanın BRİCS-də iştirakı heç təsadüfü deyil”

Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzi EkspertiYadigar Nagiyev Rusiya Türkiyə ayxınlaşmasını belə xarakterizə edib: " Ərdoğanın BRİCS-də iştirakı heç təsadüfü deyl. Türkiyə bu səfər çərçivəsində bir neçə məsələni kökündən həll etmək istəyir. İlk olaraq, bu, Ərdoğanın baş nazirolduğu müddətdən tətbiq etdiyi Osmanlı strategiyasıdır."Zəyif dövlətlərin əlindən tutmaq" . Məhz Ərdoğan ilk səfərini dini-irqi və iqtisadi cəhətdən qarışıq olan Cənubi Afrikya etdi. Ərdoğan çıxışında Müsəlman dövlətlərlərinin iradəsindən dini eynilikdən bəhs edərək, dövlətləri birliyə səslədi.Ancaq bu zalda əyləşənlər tərəfindən bir mənalı qarşılanmadə. Buna səbəbsə, səsləyişin sadəcə mövcud proqrama uyğun şəkildə daha çox Ərdoğanın maraqlarından ibarət olması idi. Bəs bu maraqlar nə idi? və hansı maraqlar nümayəndələr tərəfindən bir mənalı qarşılanmadı?. Ərdoğan, hər ölkə səfərində getdiyi ölkənin FETO əlaqəsini araşdırır. Buna görə öz arqumentlərini seçərək daha çox ziyarətdə olduğu dövlətin boşluğunu tutmağa və onu öz güc ilə əvəz etməyə çalışır. Ərdoğanın "Biz bilirik ki, teror təşkilatları dəstəklər sayəsində yaranır.Onlar müxtəlif yollarla mövcud iqtisadi,siyasi,təhsil kimi problemlərdən istifadə edərək,dövlət daxilində kök salır.Daha sonra din məhzəb fərqləri yaradaraq, vətəndaşları bir-birinə qarşı vuruşdurur. Bu region çox həssasdır.Biz qardaş olduqca müsəlman ola bilərik" deyə qeyd etməsi, siyasi mesaj kəsb edirdi. Əsas məsələni sizdə anladız. Əsas məsələ istər Suriyada YPG-ə qarşı mübarizə istərsədə regionda Boko-Haram və FETO qruplaşlaşmalarına qarşı mübarizədə Türkiyəyə dəstək qazandırmaqdır.
"Biz qardaş olduqca müsəlmanıq" fikrinin səslənməsi isə, "sizdə müsəlmansız bizdə.Bir birimizə dəstək olaq". Fikrinin səslənməsindən başqa heçnə deyl.Əlbətdə region dövlətlərinin iqtisadi maraqlar çox yüksəkdir.Türkiyə bu boşluq üçündə aspekti göstərərək, yeni sistemlə artıq Türkiyə daha güclü dövlət olacaq.Həm daxili həm də xarici sabitlik yaradaraq, həm Türkiyə daxili səhmlərə həmdə Türkiyənin bu regiondakı yatırımlarını müdafiyyə edəcək və dahada yüksəldəcək.
Qəribəsi budur ki, Böyük Konsolluğu açılışı zamanı bəzi qüvvələr Ərdoğana qarşı Türkiyədə baş verən tutuqlanmalara qarşı protesto hazırlamışdı.Ancaq bu cəhd region qüvvələri tərəfindən əngəlləndi.
Son olaraq qeyd etmək olar ki, ABŞ bu regionlara əvvəlkindən daha çox nüfüz etməyi bacarıb.Ancaq Türkiyənin bunu dəyişdirib dəyişdirə bilməyəcəyi Türkiyənin yeni iqtisadiyyatından aslıdır”.


Ədil Ədilzadə