adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyul 2018 17:12
17713
SİYASƏT
A- A+

ABŞ-dan Türkiyəyə qarşı qara piar

Türkiyə ABŞ münasibətlərində müəyyən gərginlik hiss olunmaqdadır. Rusiya Türkiyə yaxınlaşmasından qorxuya düşən ABŞ qardaş ölkəni sanksiyalarla hədələyir. Artıq məısələ siyasi müstəvidə müzakirəyə çıxarılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə sərt reaksiya verib. O ABŞ-ın bu addımını qeyri demokratik adlandırıb. Onu da qeyd edək ki, Türkiyə Prezident Administrasiyası bu yöndə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, ABŞ Türkiyənin ünvanına təhdidlər səsləndirməklə heç nəyə nail olmayacaq. Qeyd olunub ki, Türkiyə demokratik ölkədir və ABŞ-dan onun qanunlarına hörmət etməyi tələb edir: "ABŞ hələ də FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin ekstradisiyası ilə bağlı addım atmayıb".

"Vaşinqton işi korladı

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyir ki, Amerika prezidenti və viste-prezidenti indi də Türkiyəni və şəxsən Ərdoğanı təhdid edirlər, keçmiş müttəfiqini sanksiyalarla hədələyirlər: "Vaşinqtona görə PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalıydı. Ankara bəlkə də Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələni qəlizləşdirdi. Ərdoğan prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibi sərbəst buraxsa zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz. Əslində Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Alınmadı. Türkiyə Güləni istədikdə Amerikanın cavabı belə oldu: "məhkəmənin qərarına tabeyik". İndi Amerika rahibi istədikdə Türkiyə də eyni sözü deyir: "məhkəmənin qərarına tabeyik". Ancaq Amerika Türkiyə üçün məhkəmə hüququnu tanımır və tələb edir: "Rahibi buraxmalısan!". Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamət qalmayıb.

Politolqo qeyd edib ki, hər halda Ankara bir yolla rahibi evinə göndərmək istəyərkən Vaşinqton işi korladı, bəlkə də qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdilər. Çünki bir gün əvvəl Ərdoğan demişdi ki, Amerika istəyir deyə İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətlə siyasi və iqtisadi təmaslarına davam edəcək. Üstəgəl bu gün Cənubi Afrika Respublikasında (bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir) rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla Amerikanı nəzərdə tutaraq belə bir ifadə işlətdi: "Bizim münasibətləri pozmaq istəyənlər var”. Amerika bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır. Dərd (oxu: sanksiyalar) iki ölkəni bir-birinə yaxınlaşdırır.

"Sanksiyalar iki ölkə arasında olan münasibətlərinə zərər gətirəcək”

Politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ-ın Türkiyəyə qarşı qəbul edəcəyi sanksiya iki ölkə arasında olan münasibətlərə zərər gətirəcək. Qabil Hüseynli onu da bildirib ki ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil: "Ümumiyyətlə, Rusiya politoloqlarından başqa belə bir proqnoz verən yoxdur. ABŞ-la Türkiyə tərəfdaşdır və NATO blokunda bir yerdədirlər. İrana qarşı müəyyən addımların atılması, sanksiyaların tətbiq olunması gözlənilən idi. Ancaq Türkiyəyə qarşı belə bir iddialar yoxdur. Hazırda Rusiya Türkiyə ilə əlaqələri daha da möhkəmləndirməyə çalışır. Təbii ki, bu da Vaşionqtonu razı sala bilməz. Ancaq bütün hallarda ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirib ki, Duqin vəziyyətdən çıxış yolu kimi Rusiya-Türkiyə-İran-Çin birliyinin möhkəmləndirilməsini ön plana sürür:

"Ancaq hesab edirəm ki, Türkiyə NATO ilə əlaqələrini sıxlaşdırmalı, ABŞ-la münasibətlərinin istiləşməsi üçün səy göstərməlidir. Türkiyənin özündə də yürüdülən siyasətlə bağlı ciddi əndişələr var. Türkiyə hələ o vəziyyətə gəlməyib ki, Duqin kimilər Ankaranın necə siyasət yürüdəcəyi barədə öyüd-nəsihət versinlər. Türkiyəyə qarşı hər hansı təhdid müsbət sonluq vəd etmir”.

Ədil Ədilzadə