Əbülfət MƏDƏTOĞLU: ÖZÜMÜ SİZDƏ TAPMIŞAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
50350 | 2018-07-27 15:32

Bu günlər havadurumunu nəzərə almasam, ovqatım bir köç üstündədi. Həm xəyalən, həm daxilən, həmdə elə hadisələrin axarında özümün Köçünü hazırlayıram. O istiqamətin şərti adı məlumdur. Bunu yada salmaq, xatırladıbovqatınızı korlamaq istəmirəm. Amma mübahisə etmək həvəsim də var bir azca. Bumübahisə də cənnət, cəhənnəm məsələsindədi. Təbii ki, hamı cənnət arzusunda, cənnətsorağındadı. Allah hər kəsə qismət etsin! Bu da mənim onlara diləyim. Amma mənimhara düşəcəyimin proqnozunu verə bilmərəm. Onsuz da onu bilən bilir. Zatən mənimbilməyimə də o qədər ehtiyac yoxdur. Çünki bilsəm də heç nəyi dəyişmək gücündədeyiləm. Ona görə də bu həyat atının cilovunu atmışam üstünə. Necə çapır, haraçapır qoy özü bilsin. Mən də süvari kimi yəhərin daşından tutmuşam. İlk silkələnmədəyıxılmamaq üçün... ilk büdrəmədə başı üstə yerə gəlməmək üçün... Yəni əzablısonluğu yaşamamaq üçün!..

Hə, buduyğuların... bu kökləndiyim notun havasında məni ən çox ilgiləndirən... düşündürənbiganəlikdi... etinasızlıqdı... laqeydlikdi... özünü bilə-bilə görməməzliyəvurmaqdı... anlaya-anlaya özünü anlaqsız göstərməkdi... Bax, bu hər mənada, özüdə hər məqamda məni sancır, məni kəsir, məni doğrayır. Deyə bilərsiniz ki, səndə sənə göstərilən münasibətin olduğu kimi əksini düşün və qarşındakına yaşat.Bunu demək asandı. Amma belə olmaq asan deyil axı! Çünki hər kəsin özülü var,bünövrəsi var, mayası var, gen kodu var. Bunlar bütünlüklə dəyişməyə imkanvermir. Hətta cəhd etsən də alınmır. Alınan süni görünür, yamaq kimi təsirbağışlayır. Bu da adamı gülünc olmağa gətirib çıxarır. Düşünürəm ki, kimsəözünün və sevdiyinin gülünc olmasını heç vaxt istəməz. Ona görə də kirpi ilk təsirdən,ilk toxunuşdan necə özünə çəkilirsə, mən də o cür yığılıram, çəkilirəm içimə.Onda içimdə Allahımı və səni görürəm. Həmişə olduğu kimi, güvəndiyim, himayəsinəsığındığım Allahım! Ayağını qoyduğum yerə and içdiyim Səni! Elə o andın içərisindədə təsəlli tapıram, o andın içərisində də nəfəs alıram. Və bir də görürəm ki, əlimqələmdə, diqqətim vərəqdədi. Yazmışam:


Bu sozalan ümidlərim

Vaxtsız, vədəsizqarıdı...

Ümidsiz, ümidliyerim -

Güldü, həsrətimyarıdı!..


Gözümdə hər günucalan

Ucaldıqca daqocalan...

Sevgim zamanlapuç olan -

Bardı, həm dəki, barıdı!..


Ruhum bükülən ərəndi

O mənim bəndim,bərəmdi...

Güllərim pərən-pərəndi-

Sanki dağılmışdarıdı...


Hay vermir məscid,kilsə

Gələn də deyilta kimsə?!

Səndemə səndə, kim isə -

Deyə,Əbülfət varıdı!..


***

Tamsəmimi etiraf edim ki, yorulmuşam. Özü də hər şeydən. Xüsusilə yaşamaqdanyorulmuşam. Çünki buyaşamağın kimsəyə faydası olduğunu hiss etmirəm. Əgər kimsə bunu hiss edirsə vəyaxud hiss etdirirsə bunu özü bilsin, Allahı bilsin. Mən bu işə qarışmadan, bumövqeyə münasibət bildirmədən özüm öz içimdəki hesabatdan mənfini müsbəti necəüstələdiyini açıq-aşkar hiss edirəm. Görürəm ki, bu gün dünənkindən bir az daaz arzulanıram... bu gün dünənkindən bir az da az yerim görünür... bu gün dünənkindənbir az da az sevilirəm... Bax, bunu özüm hiss etdiyim anda həyatın iqtisadisıxıntısı da bir az artıq, bir az cəsarətli şəkildə yüklənir çiyinlərimə. Və həriki yükün altında üzü torpağa tərəf əyilməyə, çökməyə tərəf gedirəm. Doğrudur,torpağa gündə min dəfə əyilməyə, əyilib alın söykəyib öpməyə, and içməyəhazıram. Bu başqa bir məqamdı, başqa bir məsələdi. Lakin içindən girdə Naxçıvanduzu kimi kirkirədən keçmək çox çətindi, ona dözmək olmur. O bir məşhurmahnımızda deyildiyi kimi:

Dözmək olmurayrılığa,

Kaş ki, bunu biləydinsən.

Çox təəssüf ki,bilmək hər adamın marağında olmur. Ona görə də həyat da sönükləşir, süstləşir,bozarıb bir səhra çöllüyü kimi öz tozanağını qaldırmaqla günü axşam edir...

Mənim yazdığımbu fikirlər bəlkə də pafosludu, bəlkə də həddindən artıq təmtəraqlıdı. Ammainanın ki, gerçəkdi. Gerçəklik də elə bir şeydi ki, gözlərini adamın gözününiçindən çəkmir. Birbaşa alına, ürəyinə söykənmiş tüfəng lüləyi kimi səni təhdidedir, qaçmağa yer qoymur. Bax, bu mənada yorğunluq da mənim indiki durumdaözümü ifadə edə biləcəyim yeganə sözdü. Bilirəm ki, dostlar, doğmalar hardasa məniqınayacaq. Bu fikirləri kağıza köçürdüyümə görə təəssüflənəcəklər. Lakin neyləyimki, düşündüklərimi demək, yazmaq mənim ən böyük günahlarımdan biri olubdu: xoşgəlsə də, gəlməsə də, qınansam da qınanmasam da! Həmin ovqatın içində yazdığımşeirlərdə də mən içimdəkini ifadə etməyə çalışıram. Yəni içimi misralaraköçürürəm... İstəklərimi şeirin diliylə deyirəm.


Yorulmuş dəvəkimiyəm

Titrəyən dizimqatlanır...

Düz də yeriyəbilmirəm -

Əyilir, izimqatlanır!


Görünür zamanınhəddi

Çətindi keçməkbu səddi...

Bilmirəmyaşdandı, nədi -

Qırışır, üzümqatlanır...


Ruhum xəfif kölgəsalır

Xəyal məni məndənalır...

Vərəqlərin üstdəqalır -

Oxunmur, sözümqatlanır!..


***

Adətən avqusta"qorabişirən" deyirlər. Bunun səbəbini az-çox bilirəm, mahiyyətindəndə xəbərim var. Amma indiki anda bu söz mənə bir az gülünc görünür. Çünki içərisindəolduğumuz ayın elə isti günlərini yaşadıq ki, onda torpaq da bişirdi, nəinkiqora. Bax, bu adi bir faktı, detalı ona görə qabardıram ki, bəzən biz reallığınəzərə almırıq. Elə hər şeyi müqəddəs kitabın içərisindən götürülmüş kimianlayır, dərk edib bu cür də tətbiq etməyə,ifadə etməyə çalışırıq. Burada söhbət nəyisəinkar etməkdən getmir. Əksinə, deyiləni, olanı zamana uyğun gətirməkdən gedirsöhbət. Bu uyğunlaşdırma fikrin inkişafı deməkdir... hərəkətdə olması deməkdir...yaşaması, boy atması deməkdir...

Deməli,qorabişirənə qədər hələ barmaqsayı günlər var. Lakin indinin özündə müqayisəaparıb belə bir nəticəyə gəlirəm ki, hətta qorabişirənin özündə də soyuqlamaq,sətəlcəm olmaq, üşümək, donmaq mümkündü. Axı, biz insanıq. Və mən də bu məqamda təbiət hadisələrini nəzərdə tutmuram, iqlim dəyişiklikləriniqabartmıram. Əksinə, insanın insana münasibətini, insanın insana sığınmağını,insanın öz içində başqalarının sevincini, kədərini yaşatmaq, ona dəstəkolmağını ifadə etmək istəyirəm. Çalışıram ki, soyuğun da, istinin də, necə deyərlər,od-alovla şaxta-boranın da insanın varlığında, iç dünyasında, yəni ürəyində ənpik dərəcədə olduğunu sizə xatırladım. Deyim ki, içimdəki hər şey üçün minnətdarolduğum Allahım və O mənim bu düşüncələrimin doğulmasına, böyüməsinə həm səbəbyaradan, həm də dəstək olandı. Yəni qışın oğlan çağında çölün şaxtası, boranı mənəyaz, yay ovqatını yaşadırsa və yaxud yayın qorabişirənində mən daxilənşaxtanın, boranın içərisində oluramsa, burda təbiəti niyə günahkar saymalıyam?Niyə onunla sorğu-suala çıxmalıyam?!

İndi özünüz də yəqinhiss etdiniz ki, mən harda və nə qədər haqlıyam. Əgər bunu artıq duyabilmisinizsə, onda bu misraların da yozumunu qəbul edib qiymətini, dəyərini verəcəksiniz.


Birovuc yağışa

Təkbir isti baxışa...

Əfvet, məni bağışla -

Allahım!..


Göyərənson umuda

Bircəəlçim buluda...

Bağışla,bu qulu da -

Allahım!..


Buboya biçilən kədər

Səninyaz

dığınqədər...

Yolaver məni birtəhər -

Allahım!..


***

Hə,mənim "Ədalət" qəzetində son 15 ildə yazdığım yazıların böyük əksəriyyətininilk oxucusu, dinləyicisi və bilgisayara köçürəni olan Gülər xanımın sonuncuşeirimə etdiyi redaktə yerinə düşdü. Çünki yazımın adında Allahım və Sənin adınxüsusi qeyd olunmuşdu. Ona görə də bir anlıq susdum və redaktəni məmnuniyyətləqəbul etdim. Susduğum anda ağlıma ilk gələn o oldu ki, deməli, bura qədər nədiqtə etmişəmsə, nə yazmışamsa, onlar bir oxucu kimi Gülər xanımın diqqətindənyayınmayıb. Əgər ilk oxucu vərəqiqatlamırsa, vərəqi qatlayıb bir kənaraatmırsa, deməli, onu ən azı daha bir neçə nəfər oxuyacaq. Mən bilirəm ki, o birneçə nəfərin içərisində Sən də olacaqsan. Və bir də səndən və hamıdan öncəartıq söylədiklərimi içimin yaşantıları kimi Allahım oxumuşdu, bilirdi. Vəhardasa elə Allahımın içimdə göyərtdiyi fikri ifadə etmək bacarığı mənə buyazını yazmaq imkanı verdi. Deməli, haqdan gələni saxlamaq, gizlətmək,ört-basdır etmək mümkün deyil. Elə mənim Allahımın özünə və sənə olan sevgim dəHaqdan gəlib. Ona görə də sən nə qədər bu sevgini duymamağa, hətta aşağılamağaçalışsan da, onu dəyişməyə, onun qarşısında sədd çəkməyə gücüm çatmayacaq. Bugüc ancaq Allaha aiddir. Sadəcə, sadə formada ifadə etsəm, göndərən də, geri alanda yalnız Allahdı. Bu mənada indi söyləyəcəyimmisralarda sən bir daha nəyə imza atdığını aydın şəkildə görəcəksən.


ÖzümüMəcnun bilirdim

Bitməyəndərdə dözümdə..

Birşair gözümdə öldü -

Birsevən isə özümdə!..


Qətliamoldu içimdə

Nədodaq bildi, nə də dil...

Gələbilmədin üçümdə -

Onuda bağışladım, bil!..


Sadəcəyaddaşı yandır

Tüstüsünəfatihə ver...

Gətirmədibəxtim andır -

Tikanlıdıyatdığım yer!..


Hə,doğrudan-doğruya qarşınızda etiraf etdim:

-Yorulmuşam, yaman yorulmuşam! Dincəlməyin zamanı deyəsən çatıb. Siz necə bilirsiniz?..


TƏQVİM / ARXİV