adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Iyul 2018 15:17
8665
İDMAN
A- A+

“Qəbələ” iki yoldaşlıq oyunu keçirəcək

"Qəbələ” futbol klubu yeni mövsümə hazırlıqları ardıcıl davam etdirir.

Adalet.az xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun yetirmələri avqustda başlayacaq Topaz Premyer Liqasının ilk turunadək iki yoxlama oyununda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə qarşılaşacaqlar.

"Qəbələ”nin ikinci yoldaşlıq görüşü avqustun 4-də oynanılacaq. Komandanın bu görüşdəki rəqibinin adı yaxın günlərdə açıqlanacaq.