Faiq Qismətoğlu: ALTMIŞI AŞIRDIN, YÜZƏ NƏ QALDI?!

FAİQ QİSMƏTOĞLU
45955 | 2018-07-27 14:44

...Bir müddətbundan əvvəl Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor MəhərrəmQasımlının yenicə çapdan çıxmış "Məhərrəm Qasımlı - 60" kitabı iləbağlı bir cızma-qara eləmişdim. O yazının da sərlövhəsi belə idi: "Beşəbeş dəqiqə qalmış". Məhərrəm müəllimin dediyinə görə, yazı çox səmimialınmışdı. Elə oldu ki, bir məsələ ilə əlaqədar onun mobil telefonuna zəngvurdum. Amma gördüm ki, telefonu bir xanım götürüb. Sözün açığı elə bildim səhvdüşmüşəm. Bir qədər dinləyəndən sonra hiss etdim ki, səhv düşməmişəm. Telefonuda qaldıran xanım Məhərrəm müəllimin həyat yoldaşı imiş. Yazı ilə bağlı mənə oqədər razılıq elədi ki, özüm də utandım.Sonra da dedi ki, Məhərrəm müəllim 2-3 dəqiqəyə gələcək. Sizin adınızıntelefonda yazıldığını görüb ürəyimdən keçənləri sizə çatdırmaq istədim. Siz ki,bu çətin zəmanədə tələbə dostunuz Məhərrəmi unutmursunuz, Allah da sizi yaddançıxarmasın, özünüzün və balalarınızın köməyi olsun!..

...Beş dəqiqədənsonra dostum və qardaşım Məhərrəm müəllim mənə telefon açdı. Dedi ki, xanımım səninadını görüb ona görə telefonu açıb. Yoxsa ömrü boyu kim zəng eləsə telefonayaxın gələn deyil. İndi sən düşün ki, gör yazınxanımın nə qədər xoşuna gəlib ki, o sənə öz təşəkkürünü bildirib...

...Hər birxanımın qarşısında güclü kişi olmalıdı. Hər birkişinin yanında da güclü bir xanım olanda o ailə, o ev möhkəm, qüdrətli,basılmaz bir qalaya bənzəyir. Məhərrəm müəllimin xanımı da çox ziyalı, savadlı,dünyagörüşlü və əsil-nəcabəti olan Azərbaycan xanımıdır. Mən o xanımı bir dəfəMəhərrəm müəllimin qızının toyunda görmüşəm. Elə onda da ana kimi, bacı kimiona qarşı qəlbimdə çox böyük hörmət yaranıb. Və Məhərrəm müəllimin ən ağırgünündə, yəni ürəyindən Ankarada əməliyyat olunanda elə ona "qorxma"deyən o mərd qadın olub. Həyat Məhərrəmmüəllimi tez-tez sınağa çəkib. Bir dəfə də vəziyyəti lap ağırlaşmışdı,bir neçə ay işə çıxmadı. Allahın, həkimlərin və o mərd qadının hesabına ağır xəstəliyiarxada qoydu və ayağa qalxdı. Onu ayağa qaldıran Ulu Yaradandısa, ona arxaduran ən yaxın dost, sirdaş, qardaş, söykək olan xanımıdı. Ümumiyyətlə,yaradıcı adamlarla yola getmək, onları başa düşmək hər qadının işi deyil. Bucür ağıllı və müdrik xanıma rast gələndə Məhərrəm müəllim kimi istedadlıadamlar həm elm sahəsində, həm də bədii yaradıcılıq sferasında böyük uğurlaraimza atırlar. Allah bu cür etibarlı, sədaqətli, namuslu Azərbaycan qadınlarınıhifz eləsin!..


Mənim dostum, tələbəyoldaşım və qardaşım Məhərrəm müəllimin avqustun 5-də 60 yaşı tamam olur. Və bu60 yaş çox enişli-yoxuşlu, ağrılı-acılı və mən deyərdim ki, kədərli yollardankeçib. Bu yaşın o qədər sıxıntısı, o qədər kədəri olub ki, amma bunların heçbirini Məhərrəm müəllim kiməsə bildirməyib. Özü həyatın ağuşuna atılıb, onun zəlzələsinigörüb, dalğasını hiss eləyib, tufanını yaşayıb və gəlib bugünkü professor MəhərrəmQasımlı olub. Adam var ki, yüz il yaşayır, bu həyatda bir iz qoymur. Amma Məhərrəmmüəllim bu 60 ildə çox nadir adamların görə biləcəyi işləri gerçəkləşdirib. Buo işdir ki, Məhərrəm müəllim yuxusuz gecələri, maddi çətinlikləri və ən nəhayət,heç kimi olmayan bir məqamı özü arxada qoyub. Hər şeyi halallıqla, alın təriylə qazanıb...

Biz tələbəlikillərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin müxtəlifredaksiyaları ilə yaradıcılıq əlaqələri yaradırdıq. Elələri vardı bizə sevgi iləyanaşırdı, bəzi istedadsızlar isə dirsək göstərirdi. Məhərrəm müəllim də beləbir dövrdə tələbəlik illərində "Bulaq" verilişinə ssenarilər yazırdı.Həmin verilişin də aparıcıları xalq artistləri Səməndər Rzayev və MəhluqəSadıqovaydı. "Bulaq"da da Azərbaycan folklorundan, adət-ənənələrindən,xalq yaradıcılığından, bayatılardan, qoşmalardan, gəraylılardan,dastanlardan... söhbət açılırdı. Və həmin ssenariləri hər iki istedadlı aktyorelə gözəl, elə şirin səsləndirirdilər ki, sanki Gədəbəyin, Kəlbəcərin, Şuşanınbulaqlarının səsini eşidirdin. Və o vaxt da "Bulaq" verilişininssenarilərini Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Faiq Hüseynov (mən FaiqHüseynov yox ha), İntiqam Mehdizadə və bizim tələbə dostumuz, rəhmətlik AğalarMirzə qələmə alırdı. Və sonda da Səməndər Rzayevlə Məhluqə Sadıqovanın sehrli səsieşidilirdi: "Bugünkü "Bulaq"ı araya-ərsəyə gətirdi MəhərrəmQasımlı..."

...O səslərinsehrinə düşmək, o səslərdən nur almaq vəo səslərin şirinliyində göyün yeddinci qatına qalxmaq olardı. Çünki o yazılarda, o səslər də möcüzəli bir yazılar idi. Və bu gün bizim həm o səslər üçün, həmdə qaynayıb daşan bal kimi sözlər üçün burnumuzun ucu göynəyir.

Məhərrəm Qasımlıböyük alimdi... böyük yazardı... böyük şairdi... Həm də Məhərrəm Qasımlı mənimüçün heç kimə bənzəməyən, olduğu kimi görünən, danışdığı yumorlardan, lətifələrdənbal süzülən qeyri-adi bir istedad sahibidi. Onun bir-birinə bənzəməyən çox gözəlşeirləri var. O şeirləri dinləyəndə sənin qəlbinə bir yaz yağışı yağır...O şeirlərə qulaq asanda ilk məhəbbətimyada düşür... O şeirləri oxuyanda tələbəlik illərinin sızıltısını, kədərini vəxoş ovqatını eşidirsən...

Mən hər adamınyanında ürəyimi boşalda bilmirəm və hər adamın yanında da istədiyimi danışabilmirəm. Xüsusən də istedadlı adamlar görəndə susuram və onlardan nəsə öyrənməkistəyirəm. Amma dörd-beş istedadlı adamın yanında özüm də heç nədən qorxmadan söhbət açıram. Və onlar da mənədiqqətlə qulaq asırlar. O istedadlardan biri Vaqif Bəhmənli, biri MəhərrəmQasımlı, biri Cahangir Məmmədli, biri İsgəndər Quliyev, biri də mənim uşaqlıqdostum, gözəl cərrah, uzun müddət Almaniyada işləmiş (mən ona filosof deyərdim)rəhmətlik Əhliman Əliyevdi. Onlarla söhbət eləyəndə heç vaxt darıxmırdım. Vaxtınvə zamanın necə gəlib keçdiyini hiss eləmədim. Bir də gördüm ki, qəlbimə,ruhuma, içimə bir nur seli hopub. O nur selinin işığıyla mənim ən ağır dərdim, ənağır kədərim, ən ağır qəmim bir müddət yaddan çıxıb. Və ən çətin anımda daçalışmışam ki, iki daşın arasında olsa da bu böyük ziyalı və işıqlı insanlarlagörüşüm, ürəyim bir az sakitləşsin. Görüşmüşəm və ürəyim də sakitləşib. Bircəistedadlı insanın yanında danışa bilmirəm: o da Aqil Abbasdı. Allah köməyiolmuş o qədər şirin, o qədər bal kimi söhbətlər eləyir ki, sənin insafın gəlibo söhbəti kəsmək istəmirsən. Mehman Cavadoğlu deyir ki, bu yaxınlardaİsmayıllıdan Musa Yaqubu ziyarət etməkdən gəlirdik, Aqil müəllim Bakıya qədərdanışdı. Mənim də ürəyimdən bir söz keçirdi, onu deyə bilmədim. Bakıya çatandadedi ki, nəsə demək istəyirdin. Mehman müəllim də dillənir ki, vallah, deməkistədiyim söz yadımdan çıxdı.

...MəhərrəmQasımlı haqqında çox tanınmış adamlar müxtəlif fikirlər səsləndirib. Ammaonların arasında xalq şairi Bəxtiyar Vahabzadənin bu böyük ziyalı haqqındadediyi sözlər mənim yaddaşıma həkk olunub. Bəxtiyar müəllim yazır: "MəhərrəmQasımlı mənim tələbələrimdən olmuşdur. Həmişə sual verən tələbələrimi çoxsevmişəm. Çünki sual vermək öyrənmək arzusunun ifadəsidir. Məhərrəmin bilmədiklərinibilmək, görmədiklərini görmək arzusu onun düşünmək qabiliyyətindən xəbərverirdi... Mən o zaman tələbəmdəki bu arzunun onun gec-tez yaradıcılıq aləminəgətirəcəyinə inanmışdım. Belə də oldu. Ədəbiyyata yeni gələn hər bir gəncinbirinci vəzifəsi tapdanan yolla getməmək, öz sözünü demək və həm də özü kimideməkdir. Məhərrəm sevimli müğənnimiz Flora Kərimoya həsr etdiyi bir şeirdə"səsin boyu" ifadəsini işlədir. İlk baxışda bu deyim adama qəribə gələbilər, necə yəni səsin boyu? Səsin də boyu olar? Lakin bu deyim şeirdə bədiiifadə kimi həm məqbul, həm də yerindədir:

Sözləri ötübkeçir 

səsinin boyu.

Şair demək istəyirmüğənninin səsindəki məlahət o qədər gözəldir ki, biz onun oxuduğu nəğmədə sözlərintəsirini unuduruq. Səsin ecazına o qədər uyuruq ki, səs sözü üstələyir, mücərrədsəs konkret sözdən qabağa keçir. Bu deyim yeni və orijinal olduğu qədər də bədiidir.Onun "Payız", "Səndən muraz umdum", "Qoca əkinçininöyüdü" və sair şeirlərindəki ifadələr də orijinal və bədiidir".

Bax, budur MəhərrəmQasımlının istedadı. Məhərrəm müəllim Bəxtiyar Vahabzadəni bu gün də ən sevimlimüəllimi kimi xatırlayır və yada salır. Deyir ki, o heyrətamiz müəllimimin dərsindəoturmaq üçün bu gün də tələbə olmağa hazıram. Və üstəlik də Bəxtiyar müəlliminbir alim, bir şair, bir müəllim kimi əvəzsiz ziyalı olduğunu xatırlayır. Və BəxtiyarVahabzadənin məşhur iki misrasına:

Alim Bəxtiyarışair Bəxtiyar

Qatlayıb dizininaltına qoyar...

- deyiminəözünün yazdığı bu misraları əlavə edir:

Qoyinciməsin nə alim Bəxtiyar,

nəşair Bəxtiyar,

Vurğunuolduğum

müəllimBəxtiyar,

Onlarınikisini də qatlayıb

dizininaltına qoyar.

Bax,budur tələbənin müəllimə olan əbədi və bəşəri sevginin inkası! Eşq olsun bumöhtəşəm, unikal deyimə görə, Bəxtiyar Vahabzadənin tələbəsi MəhərrəmQasımlıya!

MəhərrəmQasımlı həm də Orxan Paşa imzasıyla çox gözəl, yadda qalan şeirlər yazır. Və bugün də gənclik eşqiylə, gənclik ürəyi ilə bir-birinə bənzəməyən məhəbbətmövzusunda şeirlər qələmə alıb. Və o şeirlərisinəsi sazlı-sözlü aşıqlarımız çox yaxşı da ifa eləyirlər.

Yaddaşınsəhifələrindən: "Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci il avqustun 5-dəTovuzun Alakol kəndində anadan olub. 1965-75-ciillər arasında doğulduğu kənddə orta təhsilalıb. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinədaxil olub və 1980-ci ildə oranı bitirərək filoloq-müəllim ixtisasına yiyələnib.Universiteti bitirdikdən sonra 1983-cü ilə qədər Siyəzən rayonunda dil-ədəbiyyatmüəllimi işləyib. 1983-cü ilin yazında AMEA-ın Nizami adına Ədəbiyyatİnstitutunun əyani aspiranturasına qəbul olub. 1987-ci ildə "Şah İsmayıl Xətayininpoeziyası" mövzusunda dissertasiyaişini uğurla müdafiə etdikdən sonra institutun folklor şöbəsində elmi fəaliyyətəbaşlayıb. 1997-ci ildə "Aşıq sənəti: təşəkkülü və mühitləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2003-cü ildən folklorşünaslıqixtisası üzrə professordur, 1992-2017-ci illər arasında Ədəbiyyat İnstitutunundirektor müavini vəzifəsində çalışıb. 30-dan çox yetirməsi onun elmi rəhbərliyiilə fəlsəfə doktoru adını qazanıb. Hazırda şöbə müdiridir və Aşıqlar Birliyininsədridir".

Yazımızın əvvəlindəqeyd elədik ki, Məhərrəm müəllim çox duzlu, yumorlu adamdır. Həmişə də dostlarıilə görüşəndə bu duzlu, şirin yumora onları "qonaq" eləyir. Mən dəbelə "qonaqlıq”ları çox görmüşəm. Bir dəfə danışır ki, yayda babamgilləyaylağa istirahətə getmişdik. Gördüm ki, babam nənəmin xətrinə tez-tez dəyir.Yazıq nənəm də bütün günü samovarda çay qaynadırdı, biş-düş eləyirdi və bizim əziyyətimiziçəkirdi. Hiss etdim ki, babam nənəmi çox incidir, dedim baba, bir də nənəmin xətrinədəysən, yaylağa gəlməyəcəm. Bu sözlərdən sonra nənəmin xətrinə dəymədi, qəlbinətoxunmadı. Və mən də hər dəfə yayda babamgilə qoşulub yaylağa gedərdim...

Mənim tələbədostum və qardaşım Məhərrəm Qasımlı, Allah sənin ürəyinə görə mükafatınıversin! Sənin çox gözəl ailən, balaların və nəvələrin var. Bəlkə də belə gözəlailəni Allah-Təala hər adama qismət eləmir. Amma sənin ürəyinə görə, qəlbinə vəAllah sevginə görə qurban olduğum bu "mükafatı" sənə bəxş edib. Mən sənənə arzulayım? Hər şeyə nail olmusan. Bircə onu arzulayıram ki, indən sonrayaşadığın ömrü ağrısız, acısız, sıxıntısız öz balalarınla, ailənlə, nəvələrinləarxada qoyasan. Çünki sənin arxada qoyduğun hər bir gün, hər bir ay, hər bir ilömrünə qızıl hərflərlə yazılıb. Bax, bunu da Allah-Təala hər adama qismət eləmir ha!..


TƏQVİM / ARXİV