adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Oxucunu qıdıqlamaq lazımdır - Emin Akif yazır

23170 | 2018-07-27 12:24

Yaradıcı adamlaryazıb-yaratmağa başlayanda oxucu ilə məsləhətləşmirlər. Oxucu demir ki,filankəs, sən şair olmalısan. Şeiri belə, romanı belə yazmalısan. Oxucu mənimləgəlib bir yerdə şeir, roman yazmır. Sözümün canı bu ki, oxucu olmasa da şair,yazıçı var, olacaq da. Yəni şair, yazıçı olmasa, kitablar olmasa ədəbiyyatoxucusu da ola bilməz. Bu toyuq-yumurta mübahisəsi kimidir. Ki, o da həllinitapdı - birinci toyuq əmələ gəlib. Müqayisə kimi toyuq-yaradıcı adam, yumurtaisə oxucudur.

Sadəcə, oxucununoxumamaq lüksü var, amma əsl yazıçının, şairin yazmamaq lüksü yoxdur. Unutmayaqki, bütün yaradıcı adamlar oxucu arzulasa da, oxucunu oxucu kimi istəyir,boynuna minən şıltaq bir uşaq kimi yox.

Razıyam. Heç bir oxucubizə yalvarmır ki, şair şeir yaz, yazıçı roman yaz. Amma bu o demək deyil ki,bunu "şairi şair edən oxucudur" deyə onun üzünə şillə kimi çəksinlər.

Yaxşı oxucuları çıxsaq,qalanları çox saxtakardırlar. Buna dəfələrlə rast gəlmişəm. Oxucu səni özköləsinə çevirmək istəyir. İstəyir ki, sən onun eşitmək istədiklərini deyəsən,yazasan. Onlar üçün sən sadəcə robotsan. Bəlli bir funksiyaların var. Sənyazmalısan, kitab çap etdirməlisən və ağzını ya yummalısan, ya da açırsansamaskalanmalısan. Birdən çaşıb hansısa həqiqəti söyləyərsən, nəyəsə qarşıçıxarsan, nəbadə. Onlar çıxıb oturarlar təpəndə, başına-başına döyərlər ki, ayşərəfsiz, sən kimsən ki, belə şeylər yazırsan.

Oxucunu təpənizdən aşağı salmağın yolu onu qıdıqlamaqdır. Ümumiyyətlə,bütün kritik vəziyyətlərdən, davalardan qarşısındakını qıdıqlamaqla çıxmaqolar. Qıdıqlayırsan, bədəni boşalır, başlayır gülməyə. Sən də öz işinigörürsən.

Bizi illərdir qıdıqlayan Sabir də, Cəlil də, Axundov da, lap elə "Mozalan"nı hazırlayan adamlar daçox dahi adamlardırlar. Onlar millətin yaralarını qaşımadılar, qıdıqladılar.Qaşısaydılar, qan çıxacaqdı. Bu illər ərzində bu qıdığa o qədər öyrəşdilər ki,adamların daha nə Sabirə, nə Cəlilə, nə Axundova, nə də Mozalana ehtiyacıqalmadı. Artıq onlar öz yaralarını özləri qıdıqlayıb gülə bilirlər. İndi hamıqıdıqlamaqda peşəkardır.

Onlar üçün ölüm də, intihar da, işıq da mahiyyətini itirib. "Dünyanıgülüş xilas edəcək" deyib hırraxana açıblar. İndi hamı yumorist, satirikbir adama çevrilib.

Yaxşı oxuculardan üzr istəyirəm, bu birilər nə istədiklərini belə bilmirlər.Dərd budur. Məsələn, adam yazır ki, filankəs şərəfsizdir. Başlayırlar daşabasmağa ki, sən hələ onun səviyyəsinə çat, sonra danış. Sonra adam yazır ki,filankəsdən üzr istəyirəm, səhv tanımışam. Bu dəfə də yazırlar ki, ə, sən də nəikiüzlü adamsan, bə deyirdin şərəfsizdir?! Yuxarı tüpürürsən söyüş, aşağıtüpürürsən söyüş. Adamın tüpürcəyi belə quruyur bunların qarşısında.

Məsələn,musiqiçi Vaqif Mustafazadənin bir yaxşı sözü var, o yadıma düşdü. Onu saxladığıbığa görə ələ salırdılar. O isə belə demişdi: "Onlar mənim barmaqlarıma yox,bığıma baxırlar”.

Müqayisəmibir az qıraq ölkələrlə etsək, Türkiyəni gözümüzün önünə gətirə bilərik. Baxın,onlar Zeki Müreni necə sevdilər. Adam cinsi orientasiyası ilə yox, sənəti iləsevildi. Bəs, necə oldu bu? Necə oldu ki, türklərin ən mühafizəkar bir vaxtındabir kişi donda, makiyajda, qaşları alınmış formada səhnəyə çıxıb mahnı oxudu.Əlbəttə ki, onu daşlayanlar da var idi. Amma Zeki Müren görün neylədi?Konsetlərinin birində onu döymək üçün zala soxulan adamları saxlayan mühafizəçilərədedi: "Onları buraxın içəri”. Adamlar içəri daxil olanda Zeki onlara dedi: "Xahişedirəm, əvvəlcə mənim oxumağımı dinləyin, əgər xoşunuza gəlməsə daşlayarsınız”.

Və beləcə,Zeki Müren sevildi. Yəni sənətilə qəbul olundu, cinsi orientasiyası ilə yox.Bizim bir Samir Bağırovumuz var idi, onu da uzaq saldıq. Bu sınaqlardan bircə Aygün Kazımova, Faiq Ağayev, Röya sağ çıxdı. Onlar da bir ara bəzi videolarına görə söyülürdülər, daşlanırdılar. İndi isə tam əksinə, insanlar onlara diva, qızıl şlyəqer, nə bilim başqa titullarla hörmət bəsləyir, sənətlərini sevirlər. Açığı bu həqiqəti görəndə tüklərim biz-biz olur, kövrəlirəm. 

Türkiyə demiş, Edip Akbayramın həyatı ilə tanış olanda da kövrəldim. Onun fərqli bir üslubda oxumağı var. Deyir ki, Türkiyədə arabesk musiqi dəbə minəndə məndə çoxlu pul təklif edirdilər ki, sən də arabesk oxu. Amma mən oxumadım. Hətta TRT-də mənə qadağa qoymuşdular da. Amma illər keçdi, bütün qadağalar qalxdı, mən yenə də qəbul olunmağa başladım. 

Mən heç vaxtoxucunun yoxluğundan şikayətlənən adamlara haqq qazandırmamışam. Mən oxucununsaxtakarlığından, xamlığından şikayətlənirəm. Həmişə müqayisə üçün bunu misal çəkirəm. Polyakların çəkdiyi qısametrajlıbir film var. Başsız adamların gəzdiyi bir şəhərdə başı olan bir adam peydaolur. Bu başlı adamın bir otaqlı sexi var. Axşamlar orada nələrsə düzəldir.Amma şəhərdə böyük bir xaos var. Başsız adamlar bir-birini əzib keçir, yıxılır,bir-birinə güllə atır. Və bir gün bu başı olan adam başsız bir qadınlatoqquşur. Əvvəlcə bunlar bir-birinə vururlar. Bir neçə gündən sonra skamyadaəyləşərkən başsız qadın əlləri ilə buna toxunur. Başına çatanda diksinir vəadamdan qaçır. Adam kor-peşman sexə qayıdır. Düzəltdiyi əşyanın üstündə parçanıçəkib yerə salır. Sən demə, baş kəsən bir alət düzəldibmiş. Başını dəzgahaqoyub kəsir. Sonra şəhərə çıxır, o da başsız adamlar kimi gəzməyə, yıxılmağabaşlayır. Və nəhayət gəlib çıxır qadınla görüşdüyü yerə. Qadın orada idi vəonlar toqquşurlar. Qadın əllərini qaldırıb onun başını yoxlayır və sevinir.Onlar yan-yana şad-xürrəm gəzməyə başlayırlar.

Polyaklarburada bir neçə mesaj verirlər. Birincisi, ən üzdə olanı adamın sevgisinə görəbaşını itirməyidir. İkincisi isə başsız adamların içində başlı qalmağınmümkünsüzlüyüdür. Yəni cahil adamlarla mübarizə aparmaq olduqca çətindir. Yaölənə kimi mübarizə aparmalı, ya da başını qurban verib sən də özünü cahilliyəvurmalısan. Üçüncüsü, ən incə detal isə qadınla kişinin gəzintisinin fonunda "Əkizqüllələr”in vurulmasıdır.

Xülasə, bumövzunu geninə-boluna müzakirə etmək, böyütmək olar. Amma bir şeyi bilirəm,hələ ki özümüzü ayıların önündə ölülüyə vurmaq məsləhətdir. Yoxsa bizi də basıbyeyəcəklər. Ən yaxşı halda nəslimizə, anamıza, bacımıza söyəcəklər. Bunlarlaçox ehtiyatla davranmaq lazımdır. İşimizin xatirinə dayı deməliyik.

Sevindiricibir şey var və bir yol var. O qədər peşəkar olmalısan və elə bir mətn ortayaqoymalısan ki, səni söyən adamlar belə səni ayaq üstə alqışlamalıdır. Deməlidirki, köpəyin oğlu hər nə zibildirsə, istedadlı adamdır da, yazır da. Sənət həmişə qalib gəlməlidir. 

Özümüzü əsloxuculara, əsl oxucuları da özümüzə tapşırıram! İlahi qüvvə köməyimiz olsun!

TƏQVİM / ARXİV