adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Iyul 2018 11:17
19553
MARAQLI
A- A+

Maşınınıza su şüşəsi qoymayın, eləcə də alışqan!

Araşdırmaçılar bütün sürücülərə yay aylarında avtomobillərində plastik su şüşəsi qoymaları ilə bağlı xəbərdarlıq edir.

Stanford Universitetində aparılan araşdırmalara görə, yay ayında kondinsioneri işləməyən bir avtomobilin temperaturunun 22-35 dərəcəyə və günəşin altında saxlanılan bir maşının salonundakı temperaturun 44-55 dərəcəyə qədər qalxdığı görülüb.

Günəşli bir gündə maşının içində unudulan su şüşəsi fəlakətə yol aça bilər. Oklahomada yerləşən Midvest Yanğınsöndürənlər təşkilatının keçirtdiyi bir təcrübədə maşının içinə su şüşəsi qoyuldu.

Su şüşəsi lupa rolunu oynayaraq Günəş şüalarını 120 dərəcəlik bir temperaturla maşının içinə dartır. Əvvəlcə maşınınızın oturacaqları yanar, sonra da maşınınız.

Adamlardan biri başına gələnləri belə danışıb:

"Günorta yeməyində tez yemək üçün bir yerə girdim. O ərəfədə avtomobilimdən zəif bir tüstünün çıxdığını gördüm. Gəldim, qapını açanda gördüm ki, su şüşəsi az qala oturacaqları yandıracaqdı".

Onun yanında olan iş yoldaşı İdaho feysbukda belə bir status paylaşıb:

"Hamının maşınında su şüşəsi var. Ya maşınınızda su şüşəsi saxlamayın, ya da Günəş şüalarından uzaq bir yerdə saxlayın".

Biz su şüşəsi dedik, onu da əlavə edək ki, bu sözlər alışqanlara da aiddir. Hətta maşınınızda saxladığınız alışqanlar daha təhlükəlidir.