adalet.az header logo
  • Bakı 18°C
27 Iyul 2018 10:19
16863
DÜNYA
A- A+

Stefan Düjarrik: BMT pul qıtlığı yaşayır

Birləşmiş Millətlər Təşkilatı güclü pul qıtlığı yaşayır.

Trend-in məlumatına görə, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrik qeyd edib ki, qıtlığın səbəbi iştirakçı ölkələrin ödənişləri göstərilən vaxtda ödəməmələridir: "Baş katib əməkdaşlara təşkilatda yaranan maliyyə vəziyyəti ilə bağlı narahat olduğu barədə məlumat göndərib".

Rəsmi nümayəndə həmçinin bildirib ki, "problem bəzi üzv ölkələrin ödənişləri hələ də etməmələrindədir".