adalet.az header logo
  • Bakı 11°C
27 Iyul 2018 10:16
10590
DÜNYA
A- A+

İranın nüvə obyektlərinə zərbələr endiriləcək - Sensasiyalı İDDİA

ABŞ Avstraliyanın köməkliyi ilə İranın nüvə obyektlərinə hava zərbələri endirmək istəyir.

Modern.az"ABC News” kanalına istinadən xəbər verir ki, müttəfiqlər bu əməliyyatı artıq 2018-ci ilin avqust ayında həyata keçirə bilərlər.

Kanalın Avstraliya hökumətindəki mənbənin verdiyi informasiyaya görə, Avstraliyanın hərbi obyektləri İrandakı bəzi obyektlərə görə işə salına bilər.

Bu əməliyyatlarda Britaniya hərbçilərinin də iştirakı gözlənilir.

"Zərbələrin endirilməsi üçün hazırlanan yeni plan faktiki iştirakımızdan çox fərqlənir” – Avstraliya Silahı Qüvvələrinin yüksək çinli nümayəndəsi bildirib.

O, həmçinin hazırki hədəflərin əvvəl nəzərdə tutulmuş hədəflər olmadığını da qeyd edib.


Qeyd edək ki, kanal Avstraliya ərazisində yerləşən gizli bazanın "Beş göz” alyansına ən önəmli bazalarından hesab edildiyini bildirir. Bu alyansa ABŞ, Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliyanın xüsusi xidmət orqanlarının nümayəndələri daxildir.