adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyul 2018 09:56
15685
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: VAR İDİ

Bu qocalan umidlərim,
Vaxtsız-vədəsiz qarıdı...
Umidsiz, umidli yerim-
Güldü, həsrətim yarıdı!..

Gözümdə hər gün ucalan,
Ucaldıqca da qocalan...
Sevgim, zamanla puç olan-
Bardı, həm də ki barıdı!..

Ruhum bükülən ərəndi,
O, mənim bəndim, bərəmdi,
Günlərim pərən-pərəndi-
Sankı dağılmış darıdı...

Hay vermir məscid, kilsə
Gələn də deyil ta kimsə,
Sən deməsən də,kim isə-
Deyər Əbülfət varıdı.