adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyul 2018 17:24
17901
ŞOU-BİZNES
A- A+

Hadisənin anasının intihar məktubu tapıldı

Xəbər verdiyimiz kimi, müğənni Hadisəbnin anası Gülnihal Açıkgözün intihar etməsi barədə xəbərlər yayılmışdı.

Adalet.az xarici KİV-ə istinadən məlumat verir ki, sonradan verilən açıqlamadaonun intihar etmədiyi və zəhərləndiyi deyilmişdi. Lakin gerçəklər ortaya çıxıb. Müğənninin anasının intihardan əvvəl yazdığı məktub tapılıb. Belə ki, Açıkgözün həqiqətən intihara cəhd etdiyi mənlum olub:

"Haqqınızı halal edin. Dözə bilmirəm. Bəlkə aranızdan çəkilsəm daha yaxşı olar. Atanızın dişlərini düzəltdirməyə 20 min avro ödədiniz. Amma mənim bel ağrılarım vecinizə olmadı. Ən son nöqtə isə Hadisənin "Ev sizin, maşın mənim” sözlərini deməsioldu. Əvvəl Allaha, sonra bir-birinizə əmanət olun. Nə qardaş və bacılarımdan, nə də övladlarımdan üzüm gülmədi. Allah sizi güldürsün ”.