adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyul 2018 15:27
11390
SİYASƏT
A- A+

İran ABŞ-ı HƏDƏLƏDİ: “Müharibəni biz sonlandıracağıq”

İran tərəfi ABŞ-ı Qırmızı dənizə hərbçi göndərməkdən çəkinməyə məsləhət görüb.

Modern.az"Tasnim” agentliyinə istinadən xəbər verir ki, general Qasim Soleymani ABŞ prezidenti Donald Trampı əvvəlki prezidentləri xatırlayıb onların səhvlərini təkrarlamağa çağırıb.

İranın İnqilab Keşikçiləri Ordusunun "Əl Qüds” xüsusi birliyinin komandanı general Qasim Soleymani artıq amerikan əsgərlərinin düşməni olduqlarını bildirib.

"Əvvəl ABŞ əsgərləri üçün təhlükəsiz olan Qırmızı dəniz artıq belə deyil. "Əl Qüds” birliyi ABŞ əsgərinin düşmənidir. Mən Trampa əvvəlki prezidentləri xatırlamasını və onların səhvlərini təkrarlamasını məsləhət görürəm” – Soleymani bəyan edib.

O ABŞ prezidentinə müharibəyə başlamamağı məsləhət görüb.

"Sən müharibəni başlada bilərsən, amma biz onu sonlandıracağıq. ABŞ prezidenti bilməlidir ki, biz onu gözləyirik və özümüzü qurban verməyə hazırıq” – general qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə Vaşinqtona qarşı təhdidlərin axırının pis qurtaracağını bildirib.