adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Iyul 2018 10:45
10598
DÜNYA
A- A+

Marsda su tapıldı

İtalyan araşdırmaçılar Marsda 1,5 kilometr dərinlikdə su tapıblar.

Adalet.az xəbər verir ki, bu, Marsda maye halında tapılan ən böyük su kütləsidir. İtalyan araşdırmaçılar kəşfləri ilə bağlı keçirdikləri mətbuat konfransında bildiriblər ki, su kütləsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir.
Onların sözlərinə görə, əvvəlki araşdırmalar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstərirdi. Lakin kəşflər onu təsdiq edir ki, Marsda daimi su mövcuddur. Bu isə Marsda həyat ola biləcəyi ehtimalını artırır.

Qeyd edək ki, araşdırma müəlliflərinin elmi məqaləsi ABŞ-ın məşhur "Science” jurnalında çap olunub.