adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Aqil ABBAS: BƏLKƏ GEDƏK O QUBALINI SALAQ TƏPİYİN ALTINA?!

AQİL ABBAS
55863 | 2018-07-26 11:39

Vaydədəm vay, neçə gündü nə qəzetlər, nə saytlar,nə də sosial şəbəkələr susmur. Qubada bir nəfərin ərəbdən ağacın kölgəsində dincəlməküçün 5 manat pul istəməyi ölkənin gündəmini zəbt edib, hətta Ağdamın işğalının 25 illiyi də yaddan çıxıb.

Dostlar, on ikiİmama ağlayanda bir dəfə də Yezidə ağlayarlar. Heç o uşaq da Yezid deyil. Məsələnin dərinliyinə varmadan söyürsüz.Az qala yazığı intihar həddinə çatdırmısız.

Qubadakənd sakinlərinə meşələrdən pay torpaqlarayrılıb. Təbii ki, orda əkin-biçin üçünyararlı heç bir şey yoxdu. Onlar da həmin pay torpaqlarından ailələrini dolandırmaq üçün müxtəlif məqsədlərləistifadə edirlər. Səliqə-səhman yaradırlar, stol-stul qoyurlar, samovar qoyurlar,piknik eləmək istəyənlərə müəyyən pul müqabilində icarəyə verirlər. Bu iki-üç aylıq yay mövsümündən balaları üçün bir tikə çörək pulu qazanırlar.

Özüdə bu təkcə Quba rayonuna aid deyil. Meşəsi, təbiəti olan digər rayonlarda da əhaliəkinə yararsız pay torpaqlardan belə istifadəedir. Qəbələsi olsun, İsmayıllısı olsun, Qaxı, Şəkisi olsun və sair və ilaxır. İndio yazıq da öz pay torpağında stol-stul qoyubçay satır. Ərəb də şellənə-şellənə gəlib onunşəxsi mülkündə kef eləmək istəyir. İndi o qubalının o ərəbindədəsinə borcu var? Sizin bağınıza, həyətinizə ərəblər, ərəb olmasın olsun qardaşlarımız türklər,gəlib girib harda istəsələr uzansalar, istirahəteləsələr xoşunuza gələr, həyətə buraxarsınız?

Həminağac da onun şəxsi mülküdü. Zəlimxan Yaqub demiş, üstü Allahın olsa da, altı özünündü.

Düşmüsüzbir qubalı yazığın üstünə. Özünüz Bakı şəhərində dənizə girə bilmirsiz, hər yerhasarlanıb. Özəl çimərliklərə də girmək üçün adambaşına 5-10 manat pul verirsiz.

Oağac da onun özəl «çimərliyidi».

Qaqa,dilxor olma, sənə söyənlərin bircə sənə söyməyə cəsarətləri çatır. Özləri dənizin qırağında dənizə həsrətdilər.

Ağdamlılarınkeflərinin kök vaxtı belə bir sağlıqları vardı:

-Bunu içək çay qırağında bitib susuz qalan ağacların sağlığına.

Əslindəbu sağlığın altında çox böyük mənalar yatır.

İndigəlin bunu da içək:

-Dəniz qırağında yaşayıb dənizsiz qalanlarınsağlığına.


TƏQVİM / ARXİV