adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2018 13:00
5212
MƏMLƏKƏT
A- A+

Siqaret çəkən 363 nəfər cərimələnib

2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, onlara tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib.

Qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.