adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Iyul 2018 12:24
17799
ŞOU-BİZNES
A- A+

Məşhur müğənninin anası intihara cəhd etdi

Türkiyənin məşhur müğənnisi Hadisənin anası intihara cəhd edib.

Adalet.az Sabah.com-a istinadən xəbər verir ki, sənətçinin anası Gülnihal Açıqgöz qızlarına məktub yazaraq dərman içib.

Belə ki, analarından xəbər ala bilməyən Hadisə və bacısı binanın təhlükəsizlik xidmətinə xəbər veriblər. Polisin köməyi ilə mənzilin qapısı açılıb və qadının intihara cəhd etdiyi məlum olub. O, təcili xəstəxanaya yerləşdirilib.

Məktubda isə Gülnihalın çox xəstə olduğu, qızlarının anaları ilə maraqlanmadığı və onu həkimə aparmadığı qeyd olunub. Həmçinin sənətçinin anası qızları arasında pul mübahisələrindən yorulduğunu da bildirib.