adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2018 11:40
9213
MƏMLƏKƏT
A- A+

Göyçay körpüsünə görə tutulanların cinayət işi yekunlaşıb

Göyçayda körpünün çökməsi və oradakı daş karxanalarının fəaliyyəti ilə bağlı açılan cinayət işində 7 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib: "Bununla bağlı cinayət işləri yekunlaşıb və məhkəməyə göndərilmə ərəfəsindədir. Digər bölgələr, o cümlədən Quba bölgəsi ilə bağlı cinayət işlərində məsuliyyətə cəlb olunan, barələrində həbs-qətimkan tədbiri seçilən vəzifəli şəxslər var”.