Əbülfət Mədətoğludan yeni şeir: YAŞ
Başımın üstə bulud-dam ,
Kövrəlib dolmuş buludam!..
Bilmirəm necə qurudam? -
İçimə süzülən yaşı...
Aylardan , illərdən qopur
Beli bükük , üzü çopur
Canıma bir təklik hopur -
Seçmədən qurunu , yaşı!..
Sözün tağına baxıram
Gözün ağına baxıram...
Özüm yaxına baxıram -
Kökləyib uzağa yaşı!,,