adalet.az header logo
  • Bakı 21°C
25 Iyul 2018 10:59
11866
ELM VƏ TƏHSİL
A- A+

Dillər Universitetinin Konfutsi İnstitutunun yay məktəbi Çində təşkil olundu

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dili kurslarında oxuyan azərbaycanlı dinləyicilər üçün yay məktəbi təşkil edilib.

ADU-rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə Azərbaycanlı gənclər Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin kalliqrafiya incəsənətinə, "Uşu” gimnastikasına, bu ölkənin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş ustad dərslərində iştirak edirlər.

Yay məktəbinin Azərbaycandan olan dinləyiciləri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş, Böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə kimi tanınan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin gənclərinə çatdırmaq məqsədilə tədbir keçiriblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Prezident İlham Əliyevin 2003-2017-ci illərdə ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönələn çoxplanlı fəaliyyətinə həsr olunmuş "Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib.