adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2018 18:07
7858
MƏMLƏKƏT
A- A+

Nazirlik Yasamalda dibinə kimyəvi maddə tökülən ağacları himayəyə götürdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi, 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.