adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

QİYMƏTSİZLƏŞMƏYİN

NİCAT NOVRUZOĞLU
74998 | 2018-07-25 10:16

Qiymət deyən kimi tarif şurası yadıma düşür. Söysəniz də,söyməsəniz də bir həqiqəti yazmalıyam ki, mənim tarif şurasına həmişə hörmətimolub. Bu hörməti o qoyduğu qiymətlərlə qazanıb. Nə qədər acı da olsa qazımızı,işığımızı, benzinimizi qiymətə mindirib. Ona görə də hörməti haqq edib.

Mən tarf şurasını niyə sevməməliyəm ki? Axı onun qiymətləndirməsindənsonra hər qiymətsiz tutduğumuz zadımızın qiymətini, qədrini bilmişik. Qazı azfısıldatmışıq, işığı az közərtmişik. Axır vaxtlar suyu da yerə düşməyəqoymuruq. Yerdəkilər su üzünə həsrət qalıb.

Tarif özünü qiymətdən salsa da həmişə başqasına qiymət verməyibacarıb. Bu məndə həmişə bir ümid yaradıb. İnanıram ki, nə vaxtsa tarif bizinsanların da qiymətini qaldıracaq. Bizi də dəyərləndirəcək. Və bizlərbir-birimizin qiymətli olmağını anlayacağıq. Başa düşəcəyik ki, bu dünyada ənqiymətli elə özümüzük. Bax, onda başlayacağıq qazımızı, enerjimizi, suyumuzuqoruduğumuz kimi bir-birimizi də qorumağa.

Qiymət gözəl dəyərdir. Bu dəyər və yaxud qiymət nə qədər zənginolsa bir o qədər də üzərində olduğu hər bir şeyin, zadın mühafizəsini təmin edər.Qiymətsizlər isə unudular, tapdalanar, əzilər.

Gördüyüm qiymətsiz dəyərinin düşdüyündə büzüşmüşdü.Zamanında qiyməti babat idi. Zənbillərdə gəzirdi, stolları bəzəyirdi. Birisionu ağzına soxan anı, digəri qabığını soyan anı, o birisi dişlədiyi anıölümsüzləşdirib maraqlı pozalarla şəbəkələrdə paylaşırdı. İndi isə o, qiymətdəndüşdüyündən qalıb piştaxtanın bir küncündə. Elə bil dünənəcən üstündə cürbəcürvitamin daşıyan, səhərlər acqarına yeyilən o deyil.

Axı sən niyə bu günə düşdün? Sənin bu gününə bir yaxşımeymun lazımdı ağlaya. Bəli, bəli, meymun. Çünki onu ancaq meymun ağlaya bilər.Çünki bananı meymunsuz, meymunu da banansız təsəvvür etmək mümkünsüzdür.Bananın bütün cikin-bikin meymun bilir. Və bildiyindən də onu ondan sanballıağlayan olmaz.

Bəli, bananın qiyməti düşüb. O boyda yol gələ-gələ gəlibçıxıb odlar diyarına, özü də kilosu 1 manat 50 qəpiyə. Demək olar ki,yarıbayarı qiyməti düşüb.

Əvvəllər kilosu 3 manata yaxın idi. Hərə bir cürə pulqazanırdı ondan. Mənim tanıdıqlarım ondan yazıb pul qazanırdılar. Necə ki, indimən də bu yazıma görə qonorar qazanacam.

Əvvəllər hər böyründən keçən alıb torbasına atırdı onu.Atırdı ki, qoy desinlər torbasında banan da var. Banan torbalar yükü idi.

Artıq gedib bananın o forslu vaxtları. Heç kim manatyarımlıq meyvəni özünə yük eləmir. Kal-kal satılıb qurtaran banan indi alıcı həsrətindənsapsarı saralıb. Lap o işdən çıxarılan məmurlara oxşayır. (Sizləri bananlamüqayisə etdiyimə görə üzr istəyirəm.)Elə bil sərəncamını gözləyir. Sərəncam həsrətiylə də saralıb solur.

İndi onun ətrafında başqaları at oynadır. Alma, armud fəğaneyləyir. Hələ qarpızı demirəm. Tamam dəyişib qiymətini. Özünü qiymətə mindirib.Yemiş də pis deyil. "Xod” gedənlər sırasındadır.

Zəmanə birdən dəyişdi. Bu zəmanənin güdazına banan getdi.Bananı hansı islahat, hansı monopolist, hansı məmur bu hala saldı, bilmirəm.Bir onu bilirəm ki, banan bir də özünə gəlsə bizə divan tutacaq. Dərimizə samantəpəcək. Cibimizə bomba qoyacaq. Gözümüzə ox olacaq.

Bax onda qiymətli bananı hamı sevəcək. Çünki biz qiymətlilərisevirik. Banan olsa belə.

NicatNovruzoğlu


TƏQVİM / ARXİV