Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Hüseyn Abdullayevin istintaqı nə vaxt yekunlaşır? Adalet.az | Hüseyn Abdullayevin istintaqı nə vaxt yekunlaşır? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Hüseyn Abdullayevin istintaqı nə vaxt yekunlaşır?

15521    |   2018-07-24 14:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət öncə Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq millət vəkili Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Modern.az-a H.Abdullayevin hüquqlarını müdafiə edən Ruhid Əkbərov bildirib.

Vəkil müvəkkili ilə mütəmadi olaraq görüşdüyünü vurğulayıb. O qeyd edib ki, Hüseyn Abdullayevlə görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb:

"Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur, qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur. Onun heç nədən şikayəti yoxdur”.

H.Abdullayevin yaxınları, ailə üzvlərilə görüşünə gəlincə, R.Əkbərov müvəkkilinin qanun çərçivəsində bütün limitlərdən istifadə etdiyini deyib.


R.Əkbərov eyni zamanda, istintaqın gedişi və yekunlaşacağı tarixlə bağlı ictimaiyyətə məlumat verəcəyini vurğulayıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, "Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.


Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.

Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilib və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu zadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar. Sonradan o, Azərbaycanı tərk edərək Almaniyaya sığınmışdı..




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK