adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Iyun 2018 14:03
12831
MƏDƏNİYYƏT
A- A+

Lahıclı misgərlər sənəti hansı çətinliklər bahasına yaşadır...

Lahcın küçələrini, emalıatxalarını gəzib dolaşmaq insana başqa cür zövq verir. Hər dəfə bu emalatxanalarda bir yeniliklə qarşılaşırsan.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Lahıcı gəzib dolaşdıqca onun bir neçə Azərbaycanınmühümsənətkarlıq mərkəzlərindənbiriolduğunun şahidi olursan. Səsi-sədası bütün dünyaya yayılan Lahıc ustalarımisgərlik sənəti sahəsində böyük xariqələr yaradıblar. Bu gün də yaratmaqdadırlar.Uzunillərdirki, Lahıc ustalarının ayrı-ayrıtarixidövrlərdəistehsaletdikləri zəngin və rəngarəngçeşidlisənətkarlıq məmulatının,ocümlədən dünya ölkələrindəki muzeylərin, şəxsi kolleksiyaların yaraşığınaçevrilmişnadirsənətincilərinin bu gün də davamı yaranır.

Azərbaycan müstəqillik illərində, xüsusən dəuluöndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonraçoxsürətliinkişafetməyə başlayıb, bu gün gün o inkişafı hər birimiz gözlərimizlə görürük. PrezidentİlhamƏliyevin hakimiyyəti illərində isədoğmaAzərbaycanımızözününbütünsahələrdəki davamlı, balanslı vədinamikinkişafı ilə dünyanı heyrətləndirməkdədir.Bəli,sonillər Bakı ilə, respublikanın digəririşəhərləri vərayonmərkəzləri ilə yanaşı,paytaxtdanxeyliuzaqdayerləşən və onilliklərboyusözünəsl mənasında, gözdənuzaq, könüldəniraqvəziyyətdəqalanənucqarrayonlarımız və kəndlərimiz dəözsimasınıbüsbütündəyişmişdir. Oinkişafki, artıqucadağlarəhatəsində yerləşən qədim Lahıcıdaözistiağuşunaalıbdır. Lahıc bu gün dünya turistlərinin ziyarət ünvanına çevirilib.

Bəli, elə sənət və sənətkarlıq nümunələri var ki, onlar yalnız xalqımıza məxsusdur. Belə sənət nümunələri arasında mis qabların xüsusi önəm daşıması heç də təsadüfi deyil. Bildiyimiz kimi, xalqımız özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif dövrlərdə tacirlər, səyyahlar və əcnəbi diplomatlar bu yerlərdə olub, sənətkarlığın inkişafı haqqında çoxsaylı maraqlı faktlardan söz açıblar.

Misgərgərlərin fikrincə, misgərliyin kökü Azərbaycanda çox qədimlərə, yüzillər bundan öncələrə qədər gedib çıxır. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə sənətkar iki il işləyirsə, ona, sadəcə, qab demək olmaz”.

Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü Mis dövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamal deyir ki, misgərliyin itib-batmaması üçün atam məni məcbur etdi ki, bu sənəti öyrənim: "Dədə-babadan qalma bu sənətin itib-batmaması, gələcək nəsillərə çatması üçün əlimi öyrəşdirdi. Düzdür, ağır, çətin sənətdir. Ancaq bu sənət Azərbaycan xalqının maddi mədəniyyətindən soraq verir, ona görə də onu yaşatmaq lazımdır. Mis qablar vaxtilə şahların, xanların və bəylərin süfrəsinin bəzəyi olub. Sayılıb-seçilən qonaqlara bu qablarda süfrə açılıb”.

Bu sənət nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Ustalar deyir ki, marağı olmayanlar, nəyin və kiminsə xatirinə bu sənətə gəlməyə məcbur edilirsə, ondan misgər olmaz. Misgərlər səbrli, incə zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Bu, hələ şərtlərin hamısı deyil. Elm, bilik də misgərlikdə vacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.

Mis qab-qacaqların sayının və çeşidinin getdikcə azalması yalnız peşəkar misgərlərin barmaqla sayılacaq qədər olmasından irəli gəlmir. Şüşə və ya digər məmulatlara, məsələn, keramikadan hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilirlər.

Usta deyir ki, vaxtilə Lahıcda külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmırdı. Asan və ucuz başa gələn şüşə, saxsı, çuqun, büllur, çini qablar mis əşyalarını aradan çıxarmağa çalışır. Bütün bunlara baxmayaraq, mis qab-qacaq həmişə dəbdədir, antikvar əşya kimi qorunur, misgərlik sənəti isə sənətkarlar tərəfindən layiqincə yaşadılır.

Ustalar bildirir ki, dövlət misgərlik sənətinin inkişafında maraqlıdır. Onlar hesab edir ki, yeni sənət nümunələrinin hazırlanması üçün dövlət və ictimai qurumlar tərəfindən sifarişlər olmalıdır...

Bu barədə növbəti yazıda oxuyacaqsınız.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur