adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyul 2018 12:49
22926
MARAQLI
A- A+

Iğdırda 74 qoyunu ildırım vurub

Iğdırda Serdarbulak yaylasında 74 qoyunu ildırım vurub. Yağış yağan vaxt qayalıqlara sığınan çoban xoşbəxtlikdən ildırımdan zərər görməyib.

Ağrı dağın Iğdırın Aralıq dənizi tərəfinə düşən yaylasında Mahmud Bitere aid iki sürü bölgəyə yağan yağış səbəbilə qorunmaq üçün bir yerə yığıldı. Bu ərəfədə heyvanların olduğu yerə ildırım düşdü. 74 qoyun tələf oldu. Qayalığa sığınan çoban Səddam Aras heç bir zədəsiz qurtuldu. Əkinçi Yusuf Süre verdiyi açıqlamasında, leysan səbəbilə çarəsiz qaldıqlarını deyib. Əlavə edib ki, qoyunların olduğu əraziyə ildırım düşdü, çoban qayanın dibinə sığınmışdı deyə ona heç nə olmadı, yoxsa onu da itirə bilərdik. 74 qoyun tələf oldu, çox ziyan gördük.