adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2018 12:36
15280
DÜNYA
A- A+

Yunanıstanda 53 nəfər yanaraq ölüb, 156 yaralı var

Yunanıstanda güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Adalet.az türk mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 156 nəfər xəsarət alıb, onlardan 16-sı uşaqdır. Yaralılardan 11-nin vəziyyəti ağırdır. 680 ev isə tamamilə yanaraq külə dönüb.

Attikada yanğınla bağlı vəziyyət nəzarətdən çıxıb və şəhərdə fövqəladə vəziyyət elan olunub. 760-dan çox şəxs hərbi gəmilər vəasitsi ilə ərazidən evakuasiya olunub.