adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Iyul 2018 11:45
12156
KRİMİNAL
A- A+

Qəbiristanlıqdan oğurluq edənlər tutulub

İyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.

​Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. ​Faktla bağlı cinayət işi başlanılıb.