adalet.az header logo
  • Bakı 7°C
23 Iyul 2018 17:00
8556
MƏMLƏKƏT
A- A+

19 rayonda torpaqların kadastr uçotu aparılıb

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır.

Adalet.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və və qarşıda duran vəzifələrə dair geniş müşavirədə deyilib.

Qeyd olunub ki, ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri ilə bağlı ictimai təqdimatlar keçirilib və bu məlumatlar elektron şəkildə yerli icra hakimiyyətinin, aidiyyəti qurumların xidməti istifadəsinə təqdim edilib.

Torpaqların idarə edilməsində xüsusi əhəmiyyətə malik olan, onların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını aşkar etməyə imkan verəcək Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır.