adalet.az header logo
  • Bakı 20°C
23 Iyul 2018 16:54
10534
İDMAN
A- A+

Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı

Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

Cüdo Federasiyasından Adalet.az-a verilən məlumata görə, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub.

Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.