adalet.az header logo
  • Bakı 7°C
23 Iyul 2018 15:01
6930
GÜNDƏM
A- A+

Hərbçilərimiz Moskvaya yola düşüb

"Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən "Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.

Adalet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcək.